Brilliant Dadaşova Rəhimin ölümündən DANIŞDI: “Onu görəndə tanıya bilmədim” - VİDEO

Brilliant Dadaşova Rəhimin ölümündən DANIŞDI: “Onu görəndə tanıya bilmədim” - VİDEO

Hazırda oxunan: Brilliant Dadaşova Rəhimin ölümündən DANIŞDI: “Onu görəndə tanıya bilmədim” - VİDEO

103337

“Bədii Şura” düzgün imiş. Orada Tofiq Quliyev, Şövkət Ələkbərova kimi savadlı musiqiçilər əyləşirdi. “Bədii Şura”dan mahnıların sözləri, musiqinin harmoniyası keçməli idi. Orada hər bir musiqi ilk növbədə müzakirə olunurdu”.

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova “Maqazin plyus” verilişinə müsahibəsində söyləyib.

“Bədii Şura”nın olmasını istəyən sənətçi, mahnılarımızı Çinin keyfiyyətsiz malları ilə bir tərəziyə qoyub.

“Biz bazar iqtisadiyyatına gəlib, çıxdıq. Buna alışqan deyilik. Bəlkə yavaş-yavaş gələcək nəsil bazar iqtisadiyyatına daha da uyğunlaşacaqlar. Əfsuslar olsun ki, mahnılarımız Çin tör-töküntüsü kimi oldu”.

Bir müddət əvvəl ürəktutmasından 43 yaşında vəfat edən həmkarı Rəhim Rəhimlidən soz açan Dadaşova onu sağ ikən görəndə tanımadığını bildirib.
“Rəhim Rəhimli dünyasını dəyişdiyi zaman Bakıda deyildim. Bunlar insanın qəbri üstünə gedib-getməməyi ilə deyil. Qəlbimiz onunla döyünür. Rəhimi ölümündən altı ay əvvəl görmüşdüm. Onu görəndə tanıya bilmədim, çox təəssüfləndim. Rəhimlə “salam-aleykumumuz” vardı. O, çox istedadlı bir insan idi. Musiqi duyumu, biliyi çox idi. Musiqiyə kənardan gələn bir insan deyildi. Heyif ki, Rəhim özünü qoruya bilmədi. Ruhu şad olsun”.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO