Hüsniyyə:

Hüsniyyə: "Televiziyanın bir hissəsi olmadığım üçün xoşbəxtəm" - FOTO

Hazırda oxunan: Hüsniyyə: "Televiziyanın bir hissəsi olmadığım üçün xoşbəxtəm" - FOTO

103135

Teleaparıcı Hüsniyyə Məhərrəmova sosial şəbəkə hesabında müzakirələrə yol açan paylaşımı ilə adından söz etdirib.  

Bizim.Media xəbər verir ki, 41 yaşlı teleaparıcı Milli Televiziya və Radio Günü münasibətilə yazdığı postu ilə diqqətləri üzərinə cəmləyib.  

“Bugünkü Azərbaycan Televiziyasının bir hissəsi olmadığım üçün hədsiz xoşbəxtəm. Bu münasibətlə özümü ürəkdən təbrik edirəm”, - deyə Məhərrəmova bildirib.  

Qeyd edək ki, H.Məhərrəmova uzun illər İctimai televiziyada çalışıb. O,  2012-ci ildə keçirilən Avroviziya Mahnı Müsabiqəsində təşkilat komitəsinin üzvü, koordinatoru, eyni zamanda nümayəndə heyyətinin sədri olub.
2016-2019-сu illərdə isə Hüsniyyə ATV-də yayımlanan "V element" verilişinin aparıcı kimi çalışıb. Onun televiziyada son fəalliyyəti isə 2019-2020-ci illərə təsadüf edib. Məhərrəmova AzTV-də "1azTV" gecə şousunun aparıcısı olub.  

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO