Əminə Şirin: “Kim istəyər ki, onun məclisində “Dəhşətdədir dünya” səslənsin” - VİDEO

Əminə Şirin: “Kim istəyər ki, onun məclisində “Dəhşətdədir dünya” səslənsin” - VİDEO

Hazırda oxunan: Əminə Şirin: “Kim istəyər ki, onun məclisində “Dəhşətdədir dünya” səslənsin” - VİDEO

102017

“Dost bildiyim söz xiridarları ki var, onlarla qapalı bir yerdə otururuq. Bədahətən meyxanalar deyirik. Onlar mənə əruz vəznini öyrədirlər. Çünki bu şeir forması ilə yaxından maraqlanıram. O qəzəlləri bu cür asanlıqla yaza bilməzdim. Onlardan öyrənirəm. Əruz vəznində də oxumaq çox çətindir. Orada sözü qırmamalısan. Bunlar hamısı şərtdir. Sanki sapa mirvari düzürsən”.

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Əminə Şirin qonaq olduğu “Səhər mərkəzi” verilişində deyib. 

Sənətçi bildirib ki, repertuarında yer alan mahnıların əksəriyyəti toy üçün deyil.  

“Mən “Bu dünyada ədalət görmədim”, “Dəhşətdədir dünya”nı oxuyanda güya fikirləşirdim ki, camaat qulaq asacaq, öz məclisinə dəvət edəcək. Kim istəyər ki, onun məclisində “Dəhşətdədir dünya” səslənsin. Demək ki, buradan nələrsə güdmək kimi bir fikrim yoxdur. Sadəcə özüm üçün oxuyuram. Sonra gedib müəllimim Vaqif Gərayzadəyə oxuduğum mahnını dinlədirəm.

Əgər o, bəyənirsə mənim üçün min dənə toyda gedib oxumağa bərabərdir”,- deyə Əminə qeyd edib.   

Aparıcı Afaq Gəncəlinin “Bu mahnıları oxumaqla toyda qazancın olmayacaq” sözlərinə Əminənin reaksiyası belə olub: 

“İnanın ki, olur. Çünki məclisinə məni dəvət edən şəxs tutalım deyir ki, Röya Ayxanla oxuduğum dueti gəlsin ifa etsin. Toyda musiqiçilər olur. Orada dayanmadan, canlı şəkildə mənşəyi bəlli olan, milli musiqiləri ifa edirəm. 15 yaşımdan qrupda oxuduğum zamandan bəri toylara getmişik. Demək ki, mən toy repertuarını yaxşı bilirəm. Mənə lazım deyil sosial şəbəkə hesabımda toy mahnıları oxuduğum videoları paylaşmaq. Və bununla sübüt etmək ki, toyu yaxşı aparıram. Elə düşünməsinlər”.  

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO