Almaniyada yaşayan Əzizə Mustafazadə:  “İçərişəhərdə gəzmək istəyirəm” - VİDEO

Almaniyada yaşayan Əzizə Mustafazadə:  “İçərişəhərdə gəzmək istəyirəm” - VİDEO

Hazırda oxunan: Almaniyada yaşayan Əzizə Mustafazadə:  “İçərişəhərdə gəzmək istəyirəm” - VİDEO

101975

Ötən axşam “Bakı Konqress Mərkəz”ində  dahi jazzmen Vaqif Mustafazadənin qızı 52 yaşlı Xalq artisti Əzizə Mustafazadənin çoxdan gözlənilən canlı konserti baş tutub. 

Bizim.Media xəbər verir ki, anşlaqla keçən musiqi gecəsində Əməkdar artist Bəhram Bağırzadə sənətkarla ünsiyyətdə olub. 

Bəhram Əzizəyə yenilənən Bakı ilə bağlı fikirlərini soruşub. Mustafazadənin cavabı isə belə olub. 

“Düzünü deyim ki, gəzməyə zamanın olmadı. Çünki diqqətimi bütünlüklə konsert proqramına cəmləmişdim. Sabahdan etibarən 2-3 boş günüm olacaq. İçərişəhərdə gəzmək istəyirəm. Axı bura doğma şəhərimdir”. 

Əməkdar artistin sonuncu sualı isə Bakı tamaşaçıları haqqında olub. Xalq artisti “Bakı tamaşaçıları unikaldır. Möhtəşəm tamaşaçı kütləmiz var” cavabını verib. 

Qeyd edək ki, Ə.Mustafazadə uzun illərdir ki, Almaniyada yaşayır. Sənətkarın bir oğlu var. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO