Mətanət Əsədova: “Yalandan üzümə gülənlər gözü götürməyən, paxıl müğənnilərdir” - VİDEO

Mətanət Əsədova: “Yalandan üzümə gülənlər gözü götürməyən, paxıl müğənnilərdir” - VİDEO

Hazırda oxunan: Mətanət Əsədova: “Yalandan üzümə gülənlər gözü götürməyən, paxıl müğənnilərdir” - VİDEO

101289

“Mənə də pis-pis şərhlər yazırdılar. Amma sonra öyrəndim ki, xoşaqəlməz şərhlər yazanlar müğənnilərin adamlarıdır”. 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Mətanət Əsədova sosial şəbəkə hesabında açdığı canlı yayımda deyib. 

Sənətçi ona sosial şəbəkədə yazılan xoşaqəlməz şərhləri həmkarlarının “ayağına yazıb”. 

“Xalq hər şeyi gözəl görür. Bu xalqa qurban olum. Xalqın mənimlə nə işi var? Xalq pisi yaxşıdan, qaranı da ağdan seçəndir. Onlar çox gözəl bilirlər ki, kim kimdir. Hamını da yaxşı tanıyırlar. Heç kim çıxıb özünü yalandan tərifləməsin. Nə də ki özünü “aydan arı, sudan duru” kimi  aparıb, altdan-altdan işlər görməsin. Xalqın Mətanətlə işi yoxdur. Xalq bilir “nə var, nə yox”.
Xoşaqəlməz şeyləri edən gözü götürməyən, paxıl müğənnilərdir. Yalandan üzümə gülürlər, sonradan saxta hesablarla başlayırlar mənə pis-pis şərhlər “döşəməyə”, - deyə Mətanət bildirib.  
Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO