Rasim Balayev ƏSƏBLƏŞDİ:

Rasim Balayev ƏSƏBLƏŞDİ: "Sənəti ucazlaşdırıb, zövqləri korlayıblar" - VİDEO 

Hazırda oxunan: Rasim Balayev ƏSƏBLƏŞDİ: "Sənəti ucazlaşdırıb, zövqləri korlayıblar" - VİDEO 

101136

“Sənəti çox uculaşdırıblar, zövqləri korlayırlar".

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Rasim Balayev "Space maqazin" verilişinə müsahibəsində deyib.  

Sənətkar efirdə səslənən bayağı mahnıların zövqləri korladığını bildirib:

"Tamaşaçıların zövqü korlanıb, ciddi söhbətə qulaq asa bilmirlər. Yalandan boş-boş “hır-hır” edirlər. Nə qədər belə musiqi olar? Özü də bəstəkar əsərləri deyil, hamısı toyxana mahnılarıdır. Həmin nəğmələri gedib toyda oxuyun”. 
R.Balayev bayağı mahnının ilk notlarını eşidən kimi dərhal kanalı dəyişdiyini söyləyib: "Bu cür mahnılar səslənəndə kanalı dəyişib heyvanat aləminə, futbola baxıram. Çünki o mahnılar məni əsəbləşdirir. Həkim mənə deyib ki, acığın gələn verilişlərə baxma".

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO