Gülşən YENƏ MƏHKƏMƏDƏ - Türkiyədən çıxışına qoyulan qadağa təmin edilmədi - FOTO 

Gülşən YENƏ MƏHKƏMƏDƏ - Türkiyədən çıxışına qoyulan qadağa təmin edilmədi - FOTO 

Hazırda oxunan: Gülşən YENƏ MƏHKƏMƏDƏ - Türkiyədən çıxışına qoyulan qadağa təmin edilmədi - FOTO 

100469

Türkiyənin 3 ilə qədər həbsi istənilən müğənnisi Gülşən hakim qarşısına çıxıb.   

Bizim.Media türk mətbuatına istinadən xəbər verir ki, bu gün İstanbul 11-ci Ağır Cəza Məhkəməsində “ictimaiyyəti nifrət və düşmənçiliyə sövq etmək” ittihamı ilə mühakimə olunan Gülşənin ilk iclası keçirilib.  

İclasda müdafiə çıxışı edən Gülşən ona qarşı irəli sürülən cinayəti törətmədiyini bildirərək bəraət hökmünün çıxarılmasını istəyib.   

Gülşənin bəraət tələbi rədd edilib.   

Müğənninin imzası ilə bağlı məhkəmə nəzarəti tədbiri götürülsə də, xaricə çıxış qadağası davam edir.   

Proses dekabrın 21-dək təxirə salınıb.  

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO