Könül Xasıyevanın əməliyyatı üçün 254 min manat lazımdır - FOTO

Könül Xasıyevanın əməliyyatı üçün 254 min manat lazımdır - FOTO

Hazırda oxunan: Könül Xasıyevanın əməliyyatı üçün 254 min manat lazımdır - FOTO

100188

"Var-dövlət arxasınca qaçmadım. Sadə doğuldum, sadə yaşadım. 22 ildir hər gecə ölümlə çarpışdım, səhər yenə qalxmağa, dik durmağa çalışdım. Tək bir səbəbim vardı. Narahat və yeganə övladım Kazımın toyunu görmək! Amma boğazımda yaranan bəd xassəli şiş bütün ümidlərimi qırdı. Elə bilirəm dünya uçub altında qalmışam. Amma bir ümid var ki, hələ metastaz (yayılmayıb) verməyib. Vaxtında əməliyyat olunsam, yaşama şansım var".  

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Könül Xasıyeva sosial şəbəkə hesabında paylaşımında yazıb.  

Sənətçi təcili əməliyyat olunmaq üçün maddi yardıma ehtiyacının olduğunu bildirib.

"Almaniyada olacaq əməliyyat üçün 150.000 dollar (254 min manat) vəsait lazımdır. Ümidim sizədir, məni dualarında yaşadan əziz xalqımız! İnanıram ki, Azərbaycan musiqisini "Gecələr"siz, Kazımı da körpə canı ilə mənsiz, tək qoymayacaqsınız.

Buna o qədər inanıram ki... Vəsait yığılıb, sağ-salamat qayıtsam, Allahın izni ilə 2 gün Heydər Əliyev sarayında və daha sonra bölgələrimizdə pulsuz, açıq konsertlər verəcəm",-deyə Xalq artisti qeyd edib. 

Rəşad Əliyev, Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO