Zümrüd boşandığı həyat yoldaşı ilə BİR ARADA - VİDEO

Zümrüd boşandığı həyat yoldaşı ilə BİR ARADA - VİDEO

Hazırda oxunan: Zümrüd boşandığı həyat yoldaşı ilə BİR ARADA - VİDEO

100048

Aktrisa Zümrüd Qasımova boşandığı həyat yoldaşı ilə bağlı paylaşım edib. 

Bizim.Media xəbər verir ki, sənətçi həyat yoldaşı ilə bir araya gələrək, tanış olmaqlarının 14 ilini qeyd edib. 

Zümrüd sosial şəbəkə hesabında məkanların birində çəkdiyi görüntüləri yayımlayıb. 

“14 il əvvəl... 14 il bir yerdə yaşamaq, sevmək, sevilmək gözəl hissdir. Gözəl bir gündür, bayramdır. Mənim həyat yoldaşımla tanış olduğumuz gündür”, -  deyə Qasımova bildirib.   

Aktrisa həyat yoldaşı Nazim Zeynalovun üzünü göstərməsə də, videoda onun səsi əks olunub. N.Zeynalov “Yaxşı ki, varsan. Hər zaman sənsən və mənimsən. Bir şeyi unutma, əsas mənim varlığımdır. Sən ürəkdəsən, göydəsən, yerdəsən və mənimsən” deyərək Zümrüdə qarşılıq verib. 
Qeyd edək ki, bir müddət əvvəl Zümrüd Qasımovanın Nazim Zeynalovdan boşanması üzə çıxmışdı. Aktrisa redaksiyamıza açıqlamasında bu addımı soyadını dəyişmək istəməsi məqsədi ilə atdığını açıqlamışdı. 
 
Rəşad Əliyev, Bizim.Media
 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO