PKK, fransız fahişəsi və dalğalanan ətəklər

PKK, fransız fahişəsi və dalğalanan ətəklər

Hazırda oxunan: PKK, fransız fahişəsi və dalğalanan ətəklər

97661

Türkiyənin təhlükəsizlik qüvvələrinin Muş vilayətində həyata keçirdiyi anti-PKK əməliyyatı sonucunda terror təşkilatına məxsus xeylu silah-sursat, eləcə də terrorçuların icazəsiz aksiyalar və müxtəlif əməliyyatlar zamanı geydiyi xeyli sayda qadın paltarı müsadirə edilib. Terrorçuların bundan öncə də qadın paltarlarından istifadə etdiyi müşahidə edilsə də, Muş vilayətindəki əməliyyat terror təşkilatının qadın ətəkləri ilə bağlı daha geniş planlara malik olduğunu, qadın paltarının PKK əməliyyatlarının ayrılmaz tərkib hissəsinə çevrildiyini göstərib.

PKK-nın türk ordusu, türk polisi, türk insanı ilə mübarizədə kütləvi şəkildə qadın qiyafəsinə üz tutması əslində sözügedən terror təşkilatının əsl simasından, onun uğur qazanmaq üçün ən şərəfsiz üsul və vasitələrdən belə istifadə etdiyindən xəbər verir.

Bəli, bu gün yaşadıqları, var olduqları üçün borclu olduqları ölkəni hər fürsətdə xəncərləyən PKK-çılar öz xain əməllərini qadın ətəyinə sığınmaqla, qadın paltarı geyinməklə reallaşdırmağa çalışırlar. Hansı ki, bugünə qədər dünyanın heç bir ölkəsində azadlıq uğrunda mübarizə aparan heç bir xalq, heç bir qurum, heç bir toplum öz azadlığını, mübarizə və zəfərini qadın tumanı geyməklə axtarmayıb. Özlərini azadlıq mücahidi kimi qələmə verən hələ heç bir qrup, heç bir təşkilat özünü bu dərəcədə alçatmayıb. Müstəqilliyə can atan heç bir milli azlıq özünü bu şəkildə rüsvay etməyib.

Bu gün PKK və ermənilərə məxsus terror təşkilatları istisna olmaqla heç bir terror və ya qeyri-terror təşkilatına hətta arzularında olduqları azadlığı vəd etməklə belə qadın ətəyi geyindirmək mümkün deyil. Siz nə pul, nə azadlıq, nə də ölüm vədi ilə baskları İspaniya, “İRA”x9dnı İngiltərə, “Əl-Qaidə”x9dni ABŞ, çeçeni Rusiya, fələstinlini İsrail əleyhinə mübarizədə qadın paltarı geyməyə, meydanlara qadın qiyafəsində çıxmağa vadar edə bilməzsiniz. Çünki məqsədi azadlıq olan və özünə hörmət qoyan hər bir şəxs və ya hər bir toplum azadlığı azadlığa layiq üsullarla əldə etməyə cəlb edir. Bütün dünyada uşaqların, mülki insanların qətilləri ilə tanınan PKK üçün isə hansı qiyafə və görkəmdə zühur etməyin heç bir əhəmiyyəti yoxdur. Çünki PKK hətta terror təşkilatı kimi belə hər hansı simaya malik deyil.

Şübhəsiz, kiminsə qadın olması onu qəhrəmanlıq məziyyətindən məhrum etmir. Tarix boyu  kişilər kimi qadınlar arasında da öz mərdliyi, cəsarəti, qorxmazlığı, fədakarlığı ilə seçilən qəhrəmanlar az olmayıb. Hətta hər hansı bir qadının fahişə olması belə onun qəhrəmanlığı üçün əngəl sayılmır. Necə ki, Böyük Fransa Burjua İnqilabının ilk qurbanı fransız fahişəsi olub və o,  inqilabçıların qurduğu barrikadanın üstünə çıxaraq üzünü nizami fransız ordusuna tutaraq onlara meydan oxuyub. II Dünya müharibəsində rus fahişələrinin alman zabitlərinin məhvindəki rolu da hər kəsə bəllidir. Bu baxımdan kiminsə qəhrəman olması üçün onun hökmən kişi qismində doğulması şərt deyil. Lakin bir kişinin öz azadlığını qadın qiyafəsində axtarması rəzalətdir və bu “kişilər”x9d heç bir ləyaqət sahibi üçün bir fahişə qədər belə dəyər kəsb etmir.

Odur ki, uğuru qadın qiyafəsində axtaran,  dalğalanan ətəklərini azadlıq bayrağı zənn edən PKK-çılar anlamalıdır ki, geydikləri qadın qiyafəsi onların əsl kimliklərini ifadə etsə də, uğur qazanmaqları üçün yetərli deyil. Onlar öz qadın qiyafətlərini uşaq bezinə, köpək xaltasına dəyişsələr belə, yenə də öz məqsədlərinə çata, türk süngüsündən xilas ola bilməyəcəklər. Çünki xəyanət olan yerdə cəzanın olması mütləqdir. Çünki ləyaqətsiz üsullarla ləyaqətli həyata sahiblənmək mümkünsüzdür. Çünki tale, də Tanrı da hər zaman yalnız cəsurlardan yanadır. Hansı ki, bu ifadənin əslində nə demək olduğu qadın qiyafəlilər üçün sonsuza qədər sirr olaraq qalacaqdır.

 

Seymur Əliyev

e-mail: seymur_dq04@mail.ru

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO