İbrahimbəyov gələn deyil, Əmin olun!

İbrahimbəyov gələn deyil, Əmin olun!

Hazırda oxunan: İbrahimbəyov gələn deyil, Əmin olun!

31840
Son zamanlar fikir verirəm, danışmağa heç nəyi olmayanalar gündəmə gəlmək üçün ancaq seksdən danışırlar. Hətta müsahibələrində belə öz axmaq (özlərinə görə bəlkə də axmaq deyil) yataq səhnələrini canlandırır, həyatlarında neçə kişi və ya qadın olmasını sadalayır, hətta üstünlük verdikləri pozalardan danışmağa belə utanmırlar. 
Başa düşürəm ki, gündəmə gəlmək həvəsi insanı hər şeyə vadar edir. Çünki gündəmə gəlib özünüzü insanların yadına salırsınız, (pis və ya yaxşı onsuz da sizing üçün fərqi yoxdur) gündəmə gəlib özünüzə sponsor tapırsınız (sonra da özünüz dediyini kimi istifadə edib bir kənara tullayırsınız. İstifadə olunan siz və ya başqası olmasını düşünmədən), gündəmə gəlib axmaq yazılarınızı, kitablarınızı bədbəxt oxuculura sırımağa cəh edirsiniz.
Biri bir neçə qadınla (kişi ilə) yatdığını deyir, bir başqası azad seks deyə bağırır, digəri Azərbaycan kişisini “heç nə” edib əcnəbidən yapışır, bir başqası Allahın verdikləri bəyənməyib həkimlərin yaratdığı bədənini nümayiş etdirir.
Nədir axı sizin istədiyiniz?
Mənə deyə bilərsiniz, İradə Cəlil bəsdir insanlara əxlaq dərsi keçdin. (necə ki, bunu mənə bir adamaoxşamaz demişdi). Yox əzizlərim mənim sizə əxlaq dərsi keçməyə nə həvəsim var, nə vaxtım. Sadəcə olaraq, bir az işdən boş zamanım qalan kimi məlumatlanmaq üçün digər saytlara baxıram. Baxıram ki, dünyada, ölkədə baş verənlərdən xəbərim olsun. Amma inanın ki, baxmağıma peşman oluram. “Vəfa Zeynalova erotik filmə çəkildi”, “Umka (kənddə Ümnisə idi) soyunub şəkil çəkdirdi, “Rəqqasə Nigar 3 kişi ilə yaşayır”, insanlara əxlaq dərsi keçən biri “ 3 gecə necə sevişdiyini gətirdi” və sairə və ilaxır. Çoxdu əslində sadəcə hamısı indi yadıma düşmür.
Mən həmkarlarımı incitmək və ya günahlandırmaq istəmirəm. Onsuz da zaman , dövr və şərait bizi yetərincə sıxıb, neynəyək ki, çörəyimizi belə abırsızların etdiyi hərəkətləri işıqlandırmaqla qazanırıq. Onsuz da nə qazanırıq ki, ayın əvvəli aldığımız əmək haqqı ayın sonunu görmür.
Sözüm bu “əxlaqı” laxlayan “qadın”lara, qeyrəti cuşa gəlib aşıb daşan “kişil”lərimizədir. (onlara kişi və ya qadın dediyim üçün təmiz əxlaqlı qadınlarımızdan və qeyrətli , namuslu kişilərimizdən üzr istəyirəm, sadəcə məcburam, onalar erkək dişi demək bir az etikaya sığmır).
Bir abırınız həyanız olsun, cəmiyyətin, insanların nəyinə lazımdır ki, Nigar neçə kişi ilə yatır və yaxud Sən ilk sevişməni necə yaşamısan. İnsanları bir yerlərinizə dolamayın. Adam kimi tanınmaq istəyirsinizsə, göz önünə çıxara biləcək bir iş görün. Onsuz da “elin gözü tərəzidir” nə çəkidə olduğunuzu cəmiyyət sizdən yaxşı bilir. Utanın, evinizdə böyütdüyünüz uşaqların üzünə baxmaqdan utanın. Uşaqlarınızı düşünün sabah onlar insane arasına çıxıb necə deyə biləcəkləri ki, mən filan ”¦..nin oğluyam, qızıyam”¦ Bir az özünüzü toplayın. Bura Avropa deyil Azərbaycandır, nə zibiliniz var gedin kənarda görün milətin adını murdarlamayın.
Nə isə”¦
Yeri gəlmişkən, hamı mənə deyir ki, niyə İbrahimbəyovun “gəlişi” haqqında yazmırsan, niyə onu hakimiyyətə gələcək birisi kimi görmürsən?
Bu barədə çox yazmaq istəməsəm də deyim ki, ürəyinizdə qalmasın. Mən tam iqtidar yönlü insan deyiləm, amma hakimiyyətin bir ssenarisitin əlinə keçməyindənsə, yenidən Əliyevin seçilməsini arzulayıram. O ssenarist sizin başınızda elə ssenarilər yazacaq ki, mat qlacaqsınız. Mənə lazım deyil ki, ölkəni hansısa 3-cü dərəcəli biri idarə etsin. Elə insanların olmasındansa,elə ƏLiyev hakimiyyəti yaxşıdır. Həm də onsuz da İbrahimbəyov gələn deyil əmin olun!

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO