Elman Rüstəmovun dollarla sifariş verdiyi məzənnə rəqsi...

Elman Rüstəmovun dollarla sifariş verdiyi məzənnə rəqsi...

Hazırda oxunan: Elman Rüstəmovun dollarla sifariş verdiyi məzənnə rəqsi...

114906
Vaxt qəhətliyindən sonuncu dəfə oturub ürəyimdən keçən hansısa bir yazını yazdığım yadımdan çıxıb doğrusu. Bəlkə də bir il olar. Dəfələrlə az qala hansısa mövzu dil açıb yazmağımı “yalvarıb”x9d, amma səmimiyyətimə inanın ki, vaxt tapa bilməmişəm. Sonuncu dəfə bir neçə ay öncə Mir Mövsüm Ağanın ziyarətgahına gedərkən onlarla xanımın başında örpəklə arxası ziyarətgaha tərəf selfie çəkdirdiyini gördükdə dəhşətə gəlmişdim və millətimizin bu cür ürəkbulandıran yarımçıqlığından yazacağımı qət etmişdim, yenə də nəsə iş çıxdı, bu mövzunun da bəxti açılmadı...xa0

Amma bu dəfə neftin qiymətindən yazmaq qərarına gəldim və saytın qayğılarından bir neçə dəqiqə oğurlanıb bu sətirləri sizinlə paylaşmaq zərurəti hiss etdim. Bu gün feysbukdakı dostlarımın bir çoxu “güzün aydın, millət, neftin bir bareli 32 dollara düşdü”x9d deyə boğazı bank kəndirində, cəhənnəm əzabıyla vurnuxan məmləkət insanını muştuluqlayırlar sanki.xa0

Əlbəttə, bilirəm bunu yazanların hərəsinin ağzından bir avaz gələcək ki, mən bununla həyəcan təbili çalıram ki, ay hökumət, harda yatmısan, 100 milyardın yarısını cibişdanlara, yarısını da xa0taxta-şalbana, quma-çınqıla sovurub milləti yaman günə qoydunuz, indi cavab verin. Başa birisi yəqin ki, elə zənn edir neftin qiyməti aşağı düşdükcə hakimiyyətin millət içində olmayan reytinqi də kəlləmayallaq aşağı yuvarlanır, bu da günlərin bir günü qəzəbli kütlənin ayağa qalxaraq üsyan edib bu hakimiyyəti yıxmasıyla, ac toyuq yuxuda darı gördüyü kimi onların da yuxularındakı liderlərinin prezident taxt-tacında əyləşməsiylə nəticələnəcək. Başqa birisi də təbii ki, neftin hər enən qiymətindən başqa maraqlar güdür...

Amma evi yıxılan qara camaatdır. Amma unudurlar ki, neftin qiyməti 10 dollara düşsə belə hökumət deməyə söz tapacaq. Lap hər büdcə ilini “vorovskoy”x9d qaydada 3-4 məmura yükləməklə də vəziyyətdən çıxacaq. Bu da mümkün olmasa uzağı hamısı bir - bir aradan sivişib çıxıb gələcək həyatlarını behlədikləri dövlətlərin kurort şəhərlərində kef-damaqla ömür sürməyə. Yoxsa elə bilirsiniz onların ölkədən çıxardıqları milyardları geri qaytaranmı olacaq, ya qulaqlayıb əli qandallı Bakıyamı qaytaracaqlar? Bu günədək dünyaya səs salmış rəhmətliklərin, onların yan-yörəsindəki sərvət ovçularının Amerikanın, Avropanın banklarında yüz milyardlarla çirkli pulları heç nə olmayıbmış kimi dövr etmirmi, o pulları saxta demokratiya carçısı olan həmin ölkələr geri qaytarmağı düşünürələrmi heç?

Təbii, vəziyyət acınacaqlı həddə gəlib çıxıb. Hələ başdanxarab Putinin birinci prezidentliyi dönəmində o belə bir yenilik etmişdi ki, ildə bir dəfə telefonla götürüb Rusiyanın onlarla subyektindəki uzaq kənddə bir qarıya zəng edərək soruşurdu ki, sizinlə Rusiya Federasiyasının prezidentidir danışan, deyin görüm necə yaşayırsınız, hansı problemləriniz var? Doğrusu, Putinin bu metodu o zaman bütün dünyada, o cümlədən də Azərbaycanda marağa səbəb olmuşdu.xa0

O zaman mən “Hürriyyət”x9ddə yazmışdım ki, Azərbaycan prezidenti də təsadüfən mənə də zəng vurub halımı sorsa deyərdim ki, mənə bir stəkan xam neft versin, xeyirin görmədimsə heç olmasa rəngini görüb qoxusunu hiss edim. Həmin nefti kolbaya töküb ağzını da bərk-bərk bağlayardım və gələcək nəsillərə də görk olsun deyə üstünə də “Allah bir daha heç bir millətə belə bir təbii sərvət nəsib etməsin”x9d yazardım...

Bax həmin qara gün gəldi. Amma bu qara günə nə ağı deməklə, nə də hökuməti qıcıqlandıracaq statuslarla sinə gərmək mümkün olan deyil. Sadəcə hamı irəlidə bizi gözləyən daha çətin sınaqlara hazır olmalıyıq. Onsuz da prezident bir neçə ay öncə “nefti unudun”x9d desə də bizlər çoxdan unutmuşduq nefti. Amma dünyada baş verənlər və onun yedəyində sürünən balaca Azərbaycandakı Elman Rüstəmovun dollarla sifarişini verdiyi məzənnə rəqsi hər gün, hər saat bu lənətə gəlmiş sərvəti bizlərə bir daha xatırladır. Xatırlasaq da gəlin nə qaragünlü neftin qiymətiylə, nə də kapitanı keflənib başsız qalmış gəmiyə bənzətyən çarəsizmanatımızla məzələnməyək ki, fələk də bizimlə məzələnməsin...

Zülfüqar Hüseynzadə
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO