10 manat üstündə 15 bıçaq zərbəsi- FOTO

10 manat üstündə 15 bıçaq zərbəsi- FOTO

Hazırda oxunan: 10 manat üstündə 15 bıçaq zərbəsi- FOTO

95903
Bu gün axşam saatlarında Astara rayonundan Lənkəran rayon mərkəzi xəstəxanasına ağır vəziyyətdə iki nəfər gətirilib.xa0

ANSPRESS-in əldə etdiyi məlumata görə, rayonun Əsxənəkəran kənd sakini, 52 yaşlı İradə Xudatovanın dağdan yıxıldığı deyilir.

Qapalı kəllə beyin travması diaqnozu ilə travmatalogiya şöbəsinə yerləşdirilən qadının üzərində travmatik əməliyyat aparılıb.

Çoxlu qan itirən xəstənin vəziyyəti həkimlər tərəfindən ağır qiymətləndirilir.





Astara rayonunun Vaqo kənd sakini, 31 yaşlı Elşad Qasımov isə şəxsi münasibətlər zəminində rayonun Təngərud kənd sakini, adı hələlik istintaqa məlum olmayan şəxs tərəfindən bılçaqlanıb. 15 bıçaq yarası alan Elşad Qasımov təcili əməliyyata götürülüb.

Aldığı xəsarətlərdən çoxlu qan itirən yaralının vəziyyətini həkimlər kritik qiymətləndirir. Əldə edilən məlumata görə, mübahisə 10 manat pul üstündə düşüb.

Hər iki faktla bağlı Astara rayon polis şöbəsində araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO