“Riyad”x9d “Riyad-farm”x9dın rəhbərliyini dələduzluqda ittiham edir...

“Riyad”x9d “Riyad-farm”x9dın rəhbərliyini dələduzluqda ittiham edir...

Hazırda oxunan: “Riyad”x9d “Riyad-farm”x9dın rəhbərliyini dələduzluqda ittiham edir...

91280
Son zamanlar mediada “Riyad-farm”x9d dərman şirkəti haqqında qarışıq, ictimaiyyəti çaşdıran məlumatlar yayılır. 

Bunu nəzərə alaraq Moderator.az - ın əməkdaşı Riyad-farm MMC-nin baş mühasibi ilə baş verənlərə aydınlıq gətirmək üçün görüşüb.
 
“Riyad-farm”x9d MMC-nin baş mühasibi İbadət Məlikov əməkdaşımızla söhbətində bildirib ki, Azərbaycan Beynəlxalq Bankına kredit borcları ilə əlaqədar şirkətin yüz faiz paylı təsisçisi və direktoru Aqil Quliyev və şirkətin real sahibi və idarəçisi Həsən Şərifov hüquq - mühafizə orqanları tərəfindən həbs edilmişdir. İbadət Məlikov nəzərinizə çatdırdı ki, mətbuatda 200 milyon manat kredit borcu ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil: 

“Onların Azərbaycan Beynəlxalq Bankına akkreditiv üzrə kredit borcu 24 milyon manat təşkil edir. Əsasən də şirkətin iflas olmasına səbəb şirkətin sahibləri Həsən və Asif Şərifov qardaşlarının “Riyad-farm”x9d şirkətinin gəlirlərini və banklardan götürdükləri kreditləri özlərinə məxsus kənd təsərrüfatı biznesinə (3000 hektar meyvə bağları, soyuducu anbarlar, meyvə şirəsi və konsentratı zavodu və s.), Moskvadakı bizneslərinə yatırmaları və bu biznesdə uğursuzluqları səbəb olmuşdur.  
“Riyad-farm”x9dın mərkəzi ofisi və deposunun yerləşdiyi yerə görə 4 aylıq kirayə haqqı borcu yığılmışdır və işçilərin çoxuna 2 aylıq əməkhaqqı borcları qalmışdır”x9d. 
İbadət müəllim onu da bildirdi ki, hal-hazırda şirkət  fəaliyyətini dayandırıb. “Dərman idxalı dayanmış və bütün apteklər bağlanmışdır”x9d deyə o vurğulayıb.

İbadət Məlikov həmçinin bildirib ki, mətbuatda yanlış olaraq “Riyad-farm”x9dla “Riyad ”x9d şirkəti qarışıq salınır: 

“2007-ci ildən “Riyad-farm”x9d şirkətinin bütün maliyyə təsərrüfat fəaliyyətinə rəhbərliyi direktor Aqil Quliyev, şirkətin real sahibləri  Həsən və Asif Şərifov qardaşları həyata keçirmişlər. Sadəcə olaraq, bu adda şirkətin əhali arasında inam qazanması səbəbindən ad dəyişdirilmədən “Riyad-farm”x9d brend adı ilə fəaliyyətlərini davam etmişlər və “Riyad-farm”x9d dərman şirkəti  “Riyad ”x9d şirkətinə  məxsus Bakıxanovda yerləşən depo və mərkəzi ofisin icarəçisi olub. Hal-hazırda “Riyad”x9d şirkəti “Riyad-farm”x9dın rəhbərliyini  dələduzluq,  vəzifə  saxtakarlığı, aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə əmlak ziyan vurma və digər iddialarla iyun ayında məhkəməyə vermişdir.”x9d

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO