“Cahangir Əsgərovdan tutmuş bütün AZAL rəhbərliyi məsuliyyətə cəlb olunmalıdır”x9d

“Cahangir Əsgərovdan tutmuş bütün AZAL rəhbərliyi məsuliyyətə cəlb olunmalıdır”x9d

Hazırda oxunan: “Cahangir Əsgərovdan tutmuş bütün AZAL rəhbərliyi məsuliyyətə cəlb olunmalıdır”x9d

85920
Azərbaycanda keçirilən Birinci Avropa oyunlarından sonra vəziyyətin yaxşılığa doğru dəyişəcəyini güman edənlər yanıldılar.

Ölkədə, qısa bir vaxtda, demək olar ki, bütün sahələlərdə, ən zəruri ərzaq və məişət əşyalarından tutmuş, təyyarə biletlərinə qədər ciddi bahalaşma baş verdi. Beynəlxalq yarışlar bəhanə gətirilərək əmək haqlarını 4 aydır ala bilməyən ailələr çıxılmaz vəziyyətə düşdülər.

Qara qızıl istehsalının azalması və qiymətlərinin enməsi karbohidrogen gəlirləri üzərində qurulan ölkə iqtisadiyyatını əməli-başlı silkələdi. Kütləvi ixtisarlar, iş yerlərinin azalması kredit borclarını da gündəmə gətirdi və bu da öz növbəsində davamlı intiharlara, ailələrin kütləvi yoxsullaşmasına gətirib çıxardı.

Bunlar azmış kimi, qiymətlərin də birdən-birə bahalaşması insanlar arasında narazılıq dalğasını elə gücləndirdi ki, bu səslər ölkənin birinci şəxsinə də yetişdi. Ölkə başçısının ciddi təpkisi televiziya kanallarını da hərəkətə gətirdi və hökumətin fəaliyyəti KİV-də ciddi tənqid hədəfinə çevrildi.

Altı ayın yekunlarına həsr olunmuş müşavirədə prezident İlham Əliyev çıxışında, xüsusilə, turizm sektorunun inkişafına əngəl törədən amillərə toxunaraq, AZAL-ın təyyarə biletlərinin qiymətini rekord həddə yüksəltməsini ciddi tənqid etdi.

Bu problemi ilk dəfə gündəmə daşıyanlardan biri isə tanınmış vəkil Aslan İsmayılov oldu. Sosial mediada bu barədə dəfələrlə yazan İsmayılov nəhayət problemin ictimailəşməsinə nail oldu.

Bu mövzuda hüquqşünasla müsahibəni təqdim edirik:

 

- Bu gün insanlar artıq problemləri meydanlarda, mitinqlərdə deyil, sosial şəbəkələrdə qaldırır və cox zaman həllinə də nail olurlar. Siz AZAL-ın təyyarə biletlərinin qiymətini rekord həddə bahalaşdırması problemini mətbuatda deyil, məhz sosial mediada qaldırdınız. Nəticə əldə edəcəyinizə əmin idiniz?

- Dəfələrlə qeyd etmişəm ki, əgər biz vətəndaş olaraq öz haqlarımızı tələb etsək, baş verən haqsızlıqlara etirazımızı bildirsək hər şeyi kökündən dəyişə bilərik. AZAL-la bağlı problem isə mənim məsələni qaldırmağımdan başqa, ictimai dəstək aldığından ona ən yüksək səviyyədə münasibət bildirildi. Əgər yazdıqlarım status olaraq qalsaydı və ictimai dəstək olmasaydı heç nə baş verməyəcəkdi. Şadam ki, bu məsələnin həllinə başlanıldı.

- Siz ölkədə monopoliya yaratmış AZAL-ın rəsmi açıqlamasını bu hadisəyə adekvat hesab edirsinizmi?

- Bu şirkətin izahatları hər dəfə işıq üzü görəndə bir daha AZAL rəsmilərinin qeyri ciddiliyinin, yalan danışmağa mahir olduqlarının və insanlara yuxarıdan aşağı, qul münasibəti göstərdiklərinin şahidi oldum. Cahangir Əsgərovdan tutmuş bütün rəhbərlik korrupsiya faktlarına görə nəinki vəzifələrindən azad olmalı, həm də cinayət məsuliyyətinə cəlb olunmalıdırlar.

- Sizcə bu problemin həlli ölkədə turizmin inkişafına nə dərəcədə təkan verə bilər?

- Turizm sektorunun inkişafı, birbaşa Azərbaycana gediş -gəliş biletlərinin qiymətlərindən asılıdır. Bu qədər infrastruktur yaranmasına baxmayaraq, faydalıq dərəcəsi sıfırdır. Bizdə olan infrastrukturun yarısı olmayan Gürcüstana gələn turistlərin sayı Azərbaycana gələn turustlərdən 100 dəfə çoxdur. Çünki bilet qiymətləri bizdən 2-3 dəfə ucuzdur, azad rəqabət var, korrupsiya faktları demək olar yox dərəcəsindədir.

Hakimiyyət bu sektorun inkişafına xusisi diqqət yetirməlidir. İranın Qərblə anlaşmasından sonra neft qiyməti daha da düşəcək. Ona görə qeyri- neft sektoruna, xüsusilə turizm sahəsinə xüsusi diqqər yetirilməlidir.

Turizmin inkişafı isə onlarla digər sahələrin inkişafına da səbəb olacaqdır.(İslaminsesi.org)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO