Cəza çəkə-çəkə azadlıqda cinayətlər törədən şəxs tutuldu

Cəza çəkə-çəkə azadlıqda cinayətlər törədən şəxs tutuldu

Hazırda oxunan: Cəza çəkə-çəkə azadlıqda cinayətlər törədən şəxs tutuldu

79628
Bakıda quldurluq və oğurluq cinayətləri törədən şəxs saxlanılıb.

report xəbər verir ki, Nizami Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat zamanı 1976-cı il təvəllüdlü Əziz Adil oğlu Qəhrəmanov tutulub.

Ə.Qəhrəmanov Nizami rayonununda, metronun "Koroğlu" stansiyasının yaxınlığındakı meşəlik sahədə bir qadına qarşı zor tətbiq edərək onun iki ədəd qızıl üzük və boyunbağısını ələ keçirməkdə şübhəli bilinir.

Araşdırma zamanı Ə.Qəhrəmanovun Xətai rayonunda da analoji cinayətə əl atdığı məlum olub. Faktla bağlı saxlanılan şəxs barəsində cinayət işi başlanılıb, istintaq davam edir.

Qeyd edək ki, Ə.Qəhrəmanov indiyə qədər müxtəlıf cinayətlər etdiyi üçün ömrünün 11 ilini həbsxanalarda keçirib. O, sonuncu dəfə 2012-ci ildə soyğunçuluq etdiyinə görə məhkum edilib. Həmin vaxt Ə.Qəhrəmanov azadlıqdan məhrum edilərək həbsxanaya göndərilib. Cəzasının müəyyən hissəsini çəkəndən sonra isə Ə.Qəhrəmanov bu ilin fevral ayında məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülüb və şərti azadlığa buraxılıb. Ə.Qəhrəmanov sonuncu cinayətlərini məhz cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkən zaman həyata keçirib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO