Jurnalisti döyən şəxsin cinayət işinin istintaqı yekunlaşıb

Jurnalisti döyən şəxsin cinayət işinin istintaqı yekunlaşıb

Hazırda oxunan: Jurnalisti döyən şəxsin cinayət işinin istintaqı yekunlaşıb

51820
Jurnalist Fərahim İlqaroğlunun döyülməsi faktı ilə bağlı başlanmış cinayət işinin istintaqı yekunlaşıb.
 
Bu barədə  F. İlqaroğlu özü məlumat verib.
 
Onun sözlərinə görə, istintaqın yekunlaşması ilə bağlı ona bildiriş gəlib. Jurnalistə cinayət işinin materialları ilə tanış olmaq üçün vaxt verilib.
 
Qeyd edək ki, “Yeni Müsavat” qəzetinin əməkdaşı Fərahim İlqaroğlu aprelin 25-də yaşadığı evdən çıxarkən naməlum şəxslər tərəfindən döyülüb.
 
Faktla bağlı Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.
 
Baş verən hadisə ilə bağlı 1990-cı il təvəllüdlü Feyruz Termişi aprelin 27-də tutulub. 
 


APA
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO