Məşhur

Məşhur "professor" həbs edildi

Hazırda oxunan: Məşhur "professor" həbs edildi

43118

Əvvəllər 6 dəfə məhkum olunmuş, Bakı şəhər sakini, 1956-cı il təvəllüdlü Nizami Həsənovdan 570 qram tiryək götürülüb.

Nəsimi Rayon Polis İdarəsindən Moderator.az-a  verilən məlumata görə, Həsənovun kirayədə yaşadığı Xətai prospektindəki mənzilindən isə daha 3 kiloqram 200 qram qurudulmuş marixuana götürülüb.

Polisdən həmçinin bildirilib ki, N. Həsənov kriminal aləmlə yaxınlığı olan şəxslərdəndir. O, 25 il həbs həyatı yaşayıb və kriminal aləmdə  “Professor” ləqəbi ilə tanınır.

N. Həsənov təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində Nəsimi Rayon Məhkəməsi tərəfindən 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO