Bakıda məşhur marketlər şəbəkəsinin rəhbəri həbs olundu

Bakıda məşhur marketlər şəbəkəsinin rəhbəri həbs olundu

Hazırda oxunan: Bakıda məşhur marketlər şəbəkəsinin rəhbəri həbs olundu

37115

“Azeri Retail” MMC-də yol verilmiş qanun pozuntuları ilə bağlı cinayət işi başlanb. 

Baş Prokurorluğun mətbuat xidmətindən Moderator.az-a verilən məlumata görə, “Azeri Retail” MMC-nin “Səbət” marketlər şəbəkəsində yol verilmiş qanun pozuntuları barədə həmin cəmiyyətdən daxil olmuş materiallar Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində araşdırılıb.

Araşdırmalar zamanı cəmiyyətin “Səbət” marketlər şəbəkəsinin müdiri vəzifəsində işləmiş Seymur Məmmədov və Rac Heydərovun həmin vəzifədə işlədikləri müddətdə qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə maddi məsuliyyətlərinə verilmiş malların satışından əldə edilən 102.973 manat məbləğində vəsaiti mənimsəyərək cəmiyyətə külli miqdarda ziyan vurmalarında əsaslı şübhələr olduğundan fakta görə Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO