Kürdəmirdə yük maşını qəzaya uğradı, 100 baş mal-qara tələf oldu

Kürdəmirdə yük maşını qəzaya uğradı, 100 baş mal-qara tələf oldu

Hazırda oxunan: Kürdəmirdə yük maşını qəzaya uğradı, 100 baş mal-qara tələf oldu

36482
Bakı-Qazax magistralının 204 km-də Kürdəmir rayonun Qarabucaq kəndi ərazisində iki yük maşını toqquşub. Kürdəmirdən Bakı istiqamətində hərəkətdə olan Laçın rayon Sirahlı kənd sakini, 40 yaşlı Mahir Siraqov idarə etdiyi “Mercedes” markalı ağır tonnajlı yük maşını ilə 100-dən çox iri və xırdabuynuzlu heyvan apararkən qəflətən əks istiqamətdən gələn Şirvan rayon sakini 54 yaşlı Abxan Əliyevin idarə etdiyi nar yüklənmiş “Kamaz” markalı yük maşınının qarşısına çıxıb.


 Hadisə nəticəsində “Mercedes” markalı yük maşının sürücüsü Mahir Siraqov müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti orta ağır kimi qiymətləndirilir. Maşında olan 100 baş iri və xırda buynuzlu heyvandan 65-i tələf olub.
 
Şahidlərin sözlərinə görə, hadisənin baş verməsinə səbəb “Kamaz” markalı yük maşının sürücüsünün qəflətən idarəetməni itirməsi və “Mercedes”in qarşısına çıxmasıdır.
 
Baş Dövlət Yol Polisi İdarəsində faktla bağlı araşdırma aparılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO