Bakıda DƏHŞƏT: Üzüyü geri qaytaran nişanlısına ...

Bakıda DƏHŞƏT: Üzüyü geri qaytaran nişanlısına ...

Hazırda oxunan: Bakıda DƏHŞƏT: Üzüyü geri qaytaran nişanlısına ...

31455
Bakıda gənc oğlan nişanlısının boğazından bıçaqlayaraq qətlə yetirib.

Report xəbər verir ki, hadisə Xəzər rayonu Binə qəsəbəsində qeydə alınıb.

Belə ki, Binə qəsəbəsində yaşayan 1991-ci il təvəllüdlü Ağayeva İlahə Dəyanət qızı nişanlısına (oğlanın adı hələ açıqlanmır) üzüyü geri qaytarmağı barədə xəbər göndərib. Səbəb oğlanın tüfeyli həyat keçirməsi olub. 

Bundan sonra oğlan tələb edib ki, qız onunla görüşsün. Qız bunu qəbul etmədikdə, oğlan onun evinə gedərək boğaz nahiyəsinə bir neçə zərbə vurub. Hadisənin qarşısını almaq istəyən İ.Ağayevanın bacısı, 1997-ci il təvəllüdlü Rəhimə Ağayeva isə bədən nahiyəsindən iki bıçaq zərbəsi alıb.

Nəticədə İ.Ağayeva hadisə yerində olub. R.Ağayeva isə xəstəxanaya yerləşdirilib, onun vəziyyəti ağırdır.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO