“Rəvan Sığorta” ASC-nin baş mühasibinə cinayət işi açıldı

“Rəvan Sığorta” ASC-nin baş mühasibinə cinayət işi açıldı

Hazırda oxunan: “Rəvan Sığorta” ASC-nin baş mühasibinə cinayət işi açıldı

29660

Baş prokuror yanında Korrupsiyaya qarşı  mübarizə idarəsindən Moderator.az-a verilən məlumata görə, Bakı şəhərində fəaliyyət göstərən “Rəvan Sığorta” Açıq Səhmdar Cəmiyyətində çatışmazlıqlar aşkar olunub.

Müəyyən edilmişdir ki, 2011-2013-cü illərdə cəmiyyətdə mühasib və baş mühasib vəzifələrində işləyərkən Nazim Zeynalov sığorta xidmətlərindən nağd şəkildə daxil olmuş 224 min 800 manat  məbləğində pul vəsaitini kassaya mədaxil etməyərək mənimsəmiş və bununla da cəmiyyətə külli miqdarda ziyan vurmuşdur.

Fakta görə Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə) maddəsi ilə cinayət işi başlanmışdır.

Hazırda iş üzrə istintaq davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO