Ana kəbinsiz uşaq doğmuş qızını  QƏTLƏ YETİRDİ...

Ana kəbinsiz uşaq doğmuş qızını QƏTLƏ YETİRDİ...

Hazırda oxunan: Ana kəbinsiz uşaq doğmuş qızını QƏTLƏ YETİRDİ...

233343
Ana oğlu ilə birlikdə ailələrinin namusunu təmizləmək məqsədi ilə kəbinsiz və nikahdan kənar körpə doğmuşxa0 qızını qətlə yetirib.xa0

Moderator.az-ın Rusiya mediasına istinadla verdiyi xəbərə görə,xa0 faciəli olay Qırğızıstanın Nookat rayonunun Bel kəndində baş verib. 22 yaşlı qızın cəsədi yalnız 10 gün sonra - atıldığı çayın sahilinə çıxdıqdan sonra tapılıb. Bu barədə Oş vilayəti Daxili İşlər İdarəsinin mətbuat xidməti məlumat yayıb. Onun qətlində şübhəli bilinənxa0 47 yaşlı anası və 24 yaşlı qardaşı həbs edilib.xa0

İstintaqa görə, söhbət namus üstdə qətldən gedir. Qız onunla evli olmayan bir kişi ilə kəbinsiz-filansız yaxın münasibətdə olub. “Roman”ın sonu uşaq doğuşu ilə bitib. Anası, qardaşı və digər yaxınlarıxa0 xa0ailənin nüfuzunu bərpa etmək üçün qızı öldürməyə qərar veriblər.

Sultan Laçın

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO