Baş Prokurorluq 2 uşağın göbələkdən zəhərlənərək ölməsi ilə bağlı araşdırmalara başladı

Baş Prokurorluq 2 uşağın göbələkdən zəhərlənərək ölməsi ilə bağlı araşdırmalara başladı

Hazırda oxunan: Baş Prokurorluq 2 uşağın göbələkdən zəhərlənərək ölməsi ilə bağlı araşdırmalara başladı

158714
Baş Prokurorluq Qax rayonunda iki uşağın zəhərlənərək vəfat etməsi faktı ilə bağlı araşdırmalara başlayıb.

Sfera.az bildirir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, rayonun Tasmalı kənd sakinləri - 47 yaşlı Mübariz Qasımov, onun övladı, 12 yaşlı Murad Qasımlı və qohumu, 9 yaşlı İbrahimxəlil Qasımzadə ilkin ehtimalla göbələkdən zəhərlənmə diaqnozu ilə Bakıda yerləşən Respublika Toksikologiya Mərkəzinə köçürülüblər. M.Qasımlı və İ.Qasımzadə vəfat edib.

"Faktla bağlı araşdırma aparılır", - Mətbuat Xidmətindən bildirilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO