“Lənkəranski”x9dnin qətlində yeni şok versiya - gürcülər kürdlərlə birlikdə”¦

“Lənkəranski”x9dnin qətlində yeni şok versiya - gürcülər kürdlərlə birlikdə”¦

Hazırda oxunan: “Lənkəranski”x9dnin qətlində yeni şok versiya - gürcülər kürdlərlə birlikdə”¦

148797
“Şakro Molodoy”x9dun həbsindən sonra yeni "oğru" Laşa Şuşanaşviliyə ən böyük əngəl azərbaycanlı “qanuni oğru”x9d olub; Rusiya paytaxtında qanlı toqquşmalar gözlənilir...xa0
Türkiyədə əfsanəvi “qanuni oğru”x9d Rövşən Canıyevin (“Lənkəranski”x9d) qətli Rusiya paytaxtında qanlı mübahisələrə “ayaq”x9d verib. Azərbaycanlıların işlətdiyi, “Rövşən Lənkəranski”x9dnin yaxın ətrafının nəzarətində olan meyvə-tərəvəz bazarlarında vəziyyət gərginləşib.xa0

“Rosbalt”x9d agentliyi xəbər verir ki, oğru dünyasının generalının qətli bazarlara nəzarəti həyata keçirən Rövşən Lənkəranskinin yaxın ətrafının durumunu çətinləşdrib. Artıq bəzi şəxslərin ölümcül döyülməsi xəbəri var.

Bazarlarda vəziyyət nəzarətdən çıxır

Sayt yazır ki, Moskvadakı meyvə-tərəvəz bazarlarında “Rövşən Lənkəranski”x9dnin qətlinə qədər də vəziyyət o qədər də rahat olmayıb. 2013-cü ilin yanvarında “Ded Xasan”x9d ləqəbli Aslan Usoyan öldürüləndən sonra qətldə xa0“Lənkəranski”x9dnin adının hallanması ümumilikdə bu sahədə vəziyyəti gərginləşdirib. Əks cinahda olan, xa0“Lənkəranski”x9dnin qətlində sifarişçi kimi adı ön sırada hallanan, hazırda həbsdə olan kriminal aləmdə “Şakro Molodoy”x9d kimi tanınan Zaxariy Kalaşov öz adamları vasitəsi ilə bazarların gəlirlərinə sahiblənmək üçün xa0hərəkətə keçib. Həmin ərəfədə Rövşən daimi yaşayış yerini Moskvadan Türkiyəyə dəyişməklə bütün Moskva regionunun meyvə-tərəvəzin topdansatışı ilə məşğul olan bazarlarına birbaşa nəzarəti özünə yaxın “qanuni oğru”x9d Merab Canqveldzenin qardaşı Levan Canqveldzeyə tapşırıb. Moskvanın meyvə-tərəvəz bazarlarına ümumi nəzarət isə Rövşənin Zaur adlı yaxın qohumunun kurasiyasında olub.xa0


Bazarlara nəzarət uğrunda “razborka”x9dda gülləli cavab


2015-ci ildə Moskvadakı topansatış bazarlarına “Şakro Molodoy”x9dun qruplaşmasına daxil olan kriminal avtoritet Vaqif Süleymanov müdaxilələr etməyə başlayıb. xa0“Lənkəranski”x9dnin nəzarətində olan bazarlarda meyvə-tərəvəzin topdan satışı ilə məşğul olan biznesmenlərə hədə-qorxu gəlməklə özlərinin nəzarətində olan bazarlara yönləndirmək cəhdləri olub. “Lənkəranski”x9dnin yaxın ətrafının gözlənilən reaksiyası da çox da gecikməyib. Vaqif Süleymanovun planında əsas rol alanlardan biri, böyük maliyyəyə sahib olan biznesmen Canbulat Şamil oğlu olub. Bu ilin martında Canbulat Şamil oğlu başından güllə yarası almaqla öldürülüb. Bu qətldən sonra onun ölümündə “Lənkəranski”x9dnin əlinin olmasına vəziyyətdən hali olanlardan kimsədə şübhə qalmayıb. Bundan başqa xa0“Lənkəranski”x9dnin Moskvadakı “işlərini”x9d aparan Zaurun qətldən dərhal sonra gücləndirilmiş mühafizə dəstəsi ilə gəzməyə başlaması, Vaqif Süleymanovun bazarlarından meyvə-tərəvəzin topdansatışı ilə məşğul olanların “Lənkəranski”x9dnin bazarlarına kütləvi axınının təmin olunması qətldə bütün oxları ona istiqamətləndirib. Son günlərə qədər davam edən bu “razborka”x9dların pik nöqtəsinə çatması Rövşənin İstanbulda qətlə yetirildiyi günlərə təsadüf edib.


Üstəlik, “Lənkəranski”x9dnin qətlindən az əvvəl Vaqif Süleymanovun arxasında selueti görünən “Şakro Molodoy”x9d həbsə alınıb. V.Süleymanovun “Şakro”x9ddan başqa “Ded Xasan”x9d və digər nüfuzlu kriminal avtoritet Laşa Şuşanaşvili ilə də yaxşı münasibətlərinin olması xəbəri var. Rövşənin qətlinə qədər onun nəzarətində olan bazarlarda alver edənlər rahat şəkildə, qorxu-hürküsüz öz işləri ilə məşğul ola bilirdilərsə, qətldən dərhal sonra durum ağırlaşıb. Döyülənlər, ölüdürlmək təhlükəsi ilə üz-üzə qalanlar var. Bazarlara topdan meyvə-tərəvəz daşıyan iş adamları çətin durumda nə edəcəklərini bilmirlər. Bir çoxları vəziyyət aydınlaşana qədər işi dayandırıb. Moskvada “Lənkəranski”x9d tərəfdarları ilə opponentlərinin çox ciddi toqquşmalarının olacağı gözlənilir.xa0


Qətl baş verən gecə...xa0


“Rosbalt”x9d vəziyyətdən hali olan mənbəyə istinadən yazır ki, “Rövşən Lənkəranski”x9d Türkiyədə məskunlaşdığı ilk dövrlədə təhlükəsizlik məsələlərinə ciddi riayət edib. Son 1 ildə isə bu məsələyə elə də əhəmiyyət verməyib. xa0İstanbulun Barbaros bulvarındakı otellərdən birinin 1 mərtəbəsinin yarısını kirayələyən “Rövşən Lənkəranski”x9d orada bütün işgüzür söhbətləri aparıb. Əfsanəvi nüfuz sahibini axtaranlar orada xüsusi yoxlamadan keçməklə onunla görüşə biliblər. Geniş tərkibli görüşlər otelin restoranında baş tutub. Belə tədbirlər zamanı restorana şübhəlilərin girişi qadağan olub. Sıradan olan müştərilər isə ümumi yoxlamadan sonra restoranda “yeraltı dünya”x9dnın nüfuz sahibləri ilə qonşu masanı bölüşmələrini ağıllarına belə gətirmədən kəmərlərinin altını bərkidiblər. “Rövşən Lənkəranski”x9dnin Barbaros bulvarındakı həmin oteldə qaldığını çoxları bilib. Onunla kriminal aləmin bir çox nümayəndələrinin görüşü məhz həmin oteldə olub. Bu məlumatlar onu deməyə əsas verir ki, opponentləri “Lənkəranski”x9dnin harada yaşadığını, nə vaxt hara getdiyini ilk cəhddən öyrənmək imkanlarına malik olublar. xa0Qətl baş verən gecə Rövşən oteldə öz yaxın ətrafına daxil olan şəxslərlə görüş keçirib. Görüşdən sonra oteldən çıxan “Rövşən Lənkəranski”x9d qətlə yetirildiyi maşına əyləşib. Rusiya mətbuatında avtomobilin sürücüsünün “Rövşən Lənkəranski”x9dnin sinif yoldaşı olması haqda xəbər var. Qeyd olunur ki, “qanuni oğru”x9d sürücüsünün maşını bir qədər sürətlə hərəkət etdirməsi onun ardınca hərəkət edən, bir növ mühafizə xidmətini həyata keçirən tərəfdarlarını ölümdən qurtarıb. Belə ki, mühafizəçilərin olduğu maşın killerlər “Lənkəranski”x9dnin olduğu maşını güllə-baran etdikdən az sonra olay yerinə çatıblar. Sonradan türk polisi həmin maşında olan şəxsləri saxlayıb. Onlardan biri “Lənkəranski”x9dnin xeyir-duası ilə “qanuni oğru”x9d adını almış, daha çox “Hacı Beyləqanski”x9d kimi tanınan Hacıbaba Talıbxanlıdır.xa0


“Yeraltı dünya”x9dnın yazılmamış qaydalarına görə “qanuni oğru”x9dnun qətli maliyyə məsələləri ilə əsaslandırıla bilməz. Bir məqamda “qanuni oğru”x9dnun maliyyəyə görə qətlinə icazə verilir - bu da “obşak”x9dın puluna əl uzadılması məsələsidir. xa0“Lənkəranski”x9dnin qətlində bu motivin hallanması belə yersizdir. Odur ki, sui-qəsdlə bağlı ən çox yayılan versiya 2013-cü ildə qətlə yetirilən “Ded Xasan”x9d tərəfdarlarının “cavabı”x9ddır. xa02013-cü ilin soyuq yanvarında “Ded Xasan”x9d 15 qramlıq bir neçə qurğuşun parçasını “hədiyyə”x9d alıb dünyadan köçəndə onun tərəfdarları qətldə nüfuz sahibləri “Taro”x9dkimi tanınan Tariel Oniani, Merab Canqveladze, “Lənkəranski”x9d, “Cemo”x9d ləqəbli Camal Mikeladzedən şübhələnmişdilər. Belə nəticəyə gəlmişdilər ki, qətlin ideya müəllifi “Taro”x9d, təşkilatçısı isə “Lənkəranski”x9d olub. Qətlədn sonra belə məlumat yayılmışdı ki, “Ded Xasan”x9dın qanının axıdıldığı ərazidə “Lənkəranski”x9dnin adamlarından sayılan Ülfət Tağıyev gözə dəyib. Ülfəti həmin qətlin icrası ilə əlaqədar Gürcüstandan Moskvaya Cemonun yolladığını da “Ded Xasan”x9d tərəfdarları öyrənə bilmişdilər. xa0Belə xəbərlər var ki, “Lənkəranski”x9dnin qətli “Ded Xasan”x9d tərəfdarlarının qisas aksiyasıdır.


Qətli kim və niyə sifariş verib?


Bununla belə, “qanuni oğru”x9dnun qətlində digər bir motivin olması da istina deyil. Avqustun əvvəlində yezidi kürdü olan “Şakro Molodoy”x9dun həbsindən sonra “yeraltı dünya”x9dda xa0bütün işlərə kimin rəhbərlik edəcəyi məsələsi geniş müzakirə mövzusuna çevirilib. Afinada yaşayan, “Ded Xasan”x9dın ölümündən sonra onun tərəfdarları olan “qanuni oğru”x9dları -Yuriy Piçuqin(“Piçuqa”x9d), Vasiliy Xristoforov (“Vasya Voskres”x9d), Dmitriy Çanturiya(“Miron”x9d), Valeriy Farizov(“Valera Tbilisskiy”x9d), Vitaliy Avdiyan(“Vitya Tbilisskiy”x9d) öz ətrafına toplaya bilən gürcü Laşa Şuşanaşvili bu posta ən real namizəd kimi göstərilib. Lakin “Lənkəranski”x9d ilə Merab Canqveladzenin varlığı Laşanın namizədliyinin təsdiqi yolunda böyük bir problem kimi ortalıqda olub. “Rövşən Lənkəranski”x9dnin ölümü Laşanın opponentlərinin güc mərkəzinin aradan qalxması, onun “yeraltı dünya”x9d rəhbərliyinə gedən yolda ciddi problemlərinin ortadan götürülməsi deməkdir.xa0


“İstanbul klanı”x9d dağılmaq təhlükəsi ilə üz-üzə qalıb


Belə məlumatlar da var ki, artıq Antaliyada yaşayan Canqveladzenin də aradan götürülməsi üçün killerlərə sifariş verilib. Əgər onu da aradan götürsələr, şərti olaraq “İstanbul klanı”x9d adlanan qruplaşmaya daxil olan 10-a yaxın “qanuni oğru”x9d xa0faktiki olaraq başsız qalacaqlar. Hazırda həbsdə olan “Taro”x9d həbsdən azad edilənədək Laşanın nüfuz sahibi olan ağır çəkili düşməni olmayacaq. (musavat.com)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO