Kəlbəcər TŞ eks müdirinin şərlədiyi jurnalistin cəzası yarıbayarı azaldıldı

Kəlbəcər TŞ eks müdirinin şərlədiyi jurnalistin cəzası yarıbayarı azaldıldı

Hazırda oxunan: Kəlbəcər TŞ eks müdirinin şərlədiyi jurnalistin cəzası yarıbayarı azaldıldı

141260
Bu gün Ali Məhkəmədə hakim İlham Cəfərovun sədrliyi ilə keçirilən prosesdə jurnalist Ərşad İbrhimovun işi üzrə kasasiya şikayətinə baxılıb.xa0

Vəkil Bəhruz Bayramovun verdiyi açıqlamaya görə, məhkəmə prosesində jurnalistə bəraət istənilib. Lakin məhkəmə Gəncə Apellyasiya Məhkəməsinin qərarını dəyişdirərək, Ə.İbrahimova təyin olunan 10 il cəzanı 5 il müddətinə endirib.

Xatırladaq ki, Ərşad İbrahimov hal-hazırda korrupsiya əməllərinə görə həbsdə olan Kəlbəcər rayon təhsil şobəsinin sabiq müdüri Məhəmməd Bağırovun korrupsiya əməlləri barədə silsilə araşdırmaların müəllifi olub. M. Bağırov tutduğu əzifədən azad edildikdən sonra jurnalistin barəsində Gəncə şəhər Polis İdarəsinə şikayət edib. Bunun əsasında da jurnalistə qarşı cinayət işi başlanılıb, barəsində həbs-qəti imkan tədbiri görülüb.xa0

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmüylə Ərşad İbrahimov 11 il azadlıqdan məhrum edilib. Sonradan Gəncə Apelyasiya Məhkəməsi bu cəzani 1 il azaldıb. Haqqında silsilə araşdırmalar dərc edilən Kəlbəcər rayon təhsil şobəsinin sabiq müdüri Məhəmməd Bağırovun korrupsiya əməlləri sübuta yetirilərək Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO