Sərhəddə 40 min siqaret aşkarlandı...

Sərhəddə 40 min siqaret aşkarlandı...

Hazırda oxunan: Sərhəddə 40 min siqaret aşkarlandı...

122933
Azərbaycan gömrükçüləri külli miqdarda siqaretin qaçaqmalçılıq yolu ilə ölkəyə keçirilməsinin qarşısını alıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat xidmətindən Moderator.az-a verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin əməkdaşları daxil olan məlumat əsasında Gəncə şəhər sakini Məmmədov Şaiq Murad oğlunun idarə etdiyi “Ford Transit”x9d markalı 20-DR-224 dövlət nömrə nişanlı avtomobilə baxış keçirib. 

Yoxlama zamanı avtomobildən qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilən və üzərində aksiz markası olmayan 40 min ədəd siqaret aşkar edilərək götürülüb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO