Bakıda baba 16 yaşlı nəvəsini qətlə yetirib  - TƏFƏRRÜATLAR

Bakıda baba 16 yaşlı nəvəsini qətlə yetirib - TƏFƏRRÜATLAR

Hazırda oxunan: Bakıda baba 16 yaşlı nəvəsini qətlə yetirib - TƏFƏRRÜATLAR

120362
Ağdamda babanın 16 yaşlı nəvəsini qətlə yetirməsinin təfərrüatları məlum olub. Ağdam rayonunda araşdırma aparan Binəqədi rayon prokurorluğunun əməkdaşlarının şübhəli şəxs qismində saxladığı Rafiq Bayramov törətdiyi cinayəti etiraf edib.
xa0
R. Bayramov izahatında qeyd edib ki, nəvəsi Tural Bayramovu bacısına sataşdığı üçün qətlə yetirib.
xa0
Ağdam Rayon Polis Şöbəsindən APA-ya verilən xəbərə görə, bu gün rayonun Çəmənli kənd qəbiristanlığında dəfn olunmuş T. Bayramovun meyiti eksqumasiya edilib. Tibbi ekspertiza zamanı T. Bayramovun qulaq, burun, dodaq və cinsiyyət orqanının kəsildiyi məlum olub.(apa)

***

Azərbaycanda dəhşətli cinayətin üstü açılıb. Hadisə bir neçə gün əvvəl Bakının Binəqədi rayonunda qeydə alınıb.

Ağdam rayonundan olan məcburi köçkün, 2000-ci il təvəllüdlü Tural Mübariz oğlu Bayramov xüsusi amansızlıqla qətlə yetirilib.

T.Bayramov Ağdam rayonunda torpağa tapşırılıb.

Həyata keçirilən tədbirlər nəticəsində qətlin törədilməsində şübhəli bilinən, T.Bayramovun babası Rafiq Bayramov saxlanılıb.

Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.(apa)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO