Yanvarın 3-də Bakı Apellyasiya Məhkəməsində sabiq millət vəkili Gülər Əhmədovanın şərti məhkum etmə cəzasının ləğv olunması və məhkumluğun götürülməsinə dair Yasamal rayon Məhkəməsinə etdiyi müraciətin rədd edildiyi qərardan verdiyi apellyasiya şikayətinə baxılacaq.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə G.Əhmədova 3 il müddətinə azadlıqdan məhrum edilmişdi. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə isə G.Əhmədovaya 3 il sınaq müddəti təyin olunmaqla şərti cəza verildi və o, azadlığa buraxıldı.

G.Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 307.2-ci (cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmə, qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə ittiham olunub.
Qeyd edək ki, “Gülər Əhmədova işi”x9d vaxtilə cəmiyyətdə xeyli rezonans doğursa və az qala iki il müddətində medianın gündəminin əsas mövzularından birinə çevrilsə də onun müəmmalı şəkildə həbs edilməsi kimi barəsində elan olunan ittihamlara rəğmən müəmmalı şəkildə də azadlığa buraxılmasından sonra sanki qurbağa gölünə daş atıldı və ümumiyyətlə Gülər Əhmədova personası sanki unuduldu.
Maraqlıdır ki, ona elan olunan ittihamların heç biri nə istintaq prosesində, nə də məhkəmədə sübuta yetirilməmişdi. Belə ki, Gülər Əhmədovayla bağlı ittihamın əsas baiskarı - Fransaya sığınan “qiyamçı rektor”x9d Elşad Abdullayevin həmin işlə bağlı mülki iddiası təmin olunmadı, yəni Azərbaycan dövləti onu zərərçəkən kimi tanımadı. Buradan da belə çıxdı ki, əslində iddia etdiyi kimi Gülər Əhmədova Elşad Abdullayevə heç bir maddi ziyan vurmayıb. İşin əcaib tərəfi odur ki, ittiham aktında cinayət yeri kimi konkret məkan belə göstərilməyib, sadəcə Bakı şəhəri qeyd edilib. Yəni onu istintaq orqanları Sumqayıt yolundan tutmuş Mərdəkana, yaxud Ələtə qədər hər məkaqnı cinayətin baş verdiyi yer kimi göstərməyə hazır olublar. Bu azmış kimi cinayətin vaxtı da mücərrəd götürülüb və sentyabr-oktyabr ayları göstərilib. Yəni belə çıxıb ki, nəzəri baxımdan 60 gün müddətində E. Abdullayev G. Əhmədovaya pul verib.

Daha bir diqqətçəkən məqam Elşad Abdullayevin mülki işdə olduğu kimi cinayət işində də zərərçəkən kimi tanınmaması olub. Yəni o nə zərərçəkən kimi ifadə verməyib, nə də təqsirləndirilən şəxslə üzləşdirilməyib.
G. Əhmədovaya elan olunan ikinci ittihamda (maddə 307) isə deyilir ki, guya o Türkiyə vətəndaşı Səlcuq Ağlayan vasitəsilə Sevinc Babayevanı gizlədib.

Maraqlıdır ki, məhz Azərbaycanlı həmkarlarının tələbi ilə Türkiyə prokurorluğu Səlcuq Ağlayanı həbs etsə də sonradan buna görə buna görə xeyli əziyyət çəkməli olub. Yəni Azərbaycandan fərqli olaraq Türkiyədəki məhkəmə ədalətli qərar çıxararaq S. Ağlayana bəraət verib və ona xeyli təzminat, eyni zamanda vəkilin haqqını da ödəyib. Bu isə sadə dillə o anlama gəlir ki, Gülər Əhmədovaya elan olunan ikinci ittiham da “fuflo”x9d olub. Amma buna baxmayaraq keçmiş deputatı Azərbaycan prokurorluğu və məhkəmələri az qala İŞİD terrorçusu kimi qələmə vermək üçün hər şeyə hazır olub və G. Əhmədovdan qatı cinayətkar obrazı yaradaraq cəmiyyətə sırımaq niyyəti güdülüb. Səbəbi isə hələ də qaranlıqdır və bizlər sadəcə mülahizələr yürütməklə çoxsaylı ehtimallardan yalnız bir neçəsini sadalamaq imkanındayıq. Əlahəzrət həqiqətinsə nədən ibarət olduğu ola bilsin ki, hələ uzun müddət hamımız üçün qaranlıq qalacaq...

Beləliklə, G. Əhmədova günahsızlığını sünut etmək və ən azı üzərindəki məhkumluğun götürülməsi üçün məhkəmələrdə ədalət axtarışına çıxıb.
İndi yenidən nəzərlər keçmiş deputat Gülər Əhmədovanın üzərinə fokuslanıb və məhkumluğunun götürülməsi üçün onun cəhdlərinin hansı nəticə verəcəyini gözləyirlər.
Oxucular üçün aydın olsun deyə AR CM-nin 83-cü maddəsinə (məhkumluq) nəzər salaq:
“ 83.1. Cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır.
83.2. Cəzadan azad edilmiş şəxs məhkumluğu olmayan hesab edilir.
83.3. Aşağıdakı hallarda:
83.3.1. şərti məhkum edilmiş şəxslər barəsində ”” sınaq müddəti başa çatdıqda;
83.3.2. azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində ”” onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə;
83.3.3. böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində ”” onlar cəzanı çəkib qurtardıqları gündən üç il keçdikdə;
83.3.4. ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində ”” onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə;
83.3.5. xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində ”” onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə məhkumluq ödənilmiş hesab olunur.
83.4. Məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır.
83.5. Şəxs cəzanı çəkib qurtardıqdan sonra nümunəvi davranışı ilə islah olunduğunu sübut edərsə, məhkəmə həmin şəxsin vəsatəti əsasında məhkumluğu vaxtından əvvəl onun üzərindən götürə bilər.
83.6. Məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir.”x9d
Mövzu ilə bağlı hüquqşünas rəyi də öyrənməyi lazım bilmişik və tanınmış hüquqşünas Qurban Məmmədovdan məsələyə münasibət öyrənmişik:
“Əvvəla deyim ki, məhkumluq və onun götürülməsi ilə bağlı normaları mən tamamilə artıq hesab edirəm. İnsan cəzasını çəkib qurtarıbsa, o tam hüquqlu vətəndaş kimi yaşamalıdır. Cəzasını çəkib qurtarmış insanın hüquqları heç bir formada məhdudlaşdırıla bilməz. Məhkumluqla bağlı müddəalar CPM-nin 34-cü maddəsində nəzərdə tutulan “heç kəs eyni əməlin törədilməsinə görə təkrar məhkum edilə bilməz”x9d prinsipinə ziddir.
Cəzaların İcrası Məcəlləsinin 174-cü maddəsinə (cəza çəkməkdən azad edilmiş şəxslərin hüquqi vəziyyəti) əsasən, “174.1. Cəza çəkməkdən azad edilmiş şəxslər məhkumluğu olan şəxslər üçün qanunvericiliklə müəyyən edilmiş məhdudiyyətlər nəzərə alınmaqla, Azərbaycan Respublikasının vətəndaşları üçün müəyyən edilmiş hüquqlardan istifadə edir və vəzifələri daşıyırlar.”x9d
Qanunvericilikdə isə “məhkumluğu olan şəxslər üçün müəyyən edilmiş məhdudiyyətlər”x9d barədə heç bir qanun yoxdur.
Daxili İşlər Nazirliyinin müəyyən təlimatları isə qanunu əvəz edə bilməz.
“Azərbaycan Respublikasının daxili işlər orqanlarında icazə sisteminin təşkilinə dair TƏLİMAT”x9d və sair bu kimi sənədlərdə nəzərdə tutulan məhdudiyyətlər qanunlarla nizamlanmalıdır.
O ki qaldı, məhkumluğun götürülməsinə, CPM-nin 509-cu maddəsinin 509.1.8-ci yarımbəndinə əsasən, “məhkumluğun vaxtından əvvəl götürülməsi haqqında müraciət etmək”x9d, məhkəmənin hökmü çıxarıldıqdan sonra onun icrası qurtaranadək məhkum edilmiş şəxsin hüquqlarından biridir.
Bu maddənin məzmunundan belə anlaşılır ki, məhkəmə hökmünün icrası məhkumluq götürülənədək davam etməlidir. Ümumiyyətlə, qanunverici bu məsələyə bir də baxmalıdır. Düşünürəm ki, cəzanın çəklilib qurtarandan sonrakı dövr üçün məhkumluqla bağlı nəzərdə tutulan maddələr məcəllədən çıxarılmalıdır. Təbii ki, bu mənim şəxsi qənaətimdir.
CM-nin 517-ci (məhkumluğun vaxtından əvvəl götürülməsi) maddəsinə əsasən,
517.1. Məhkumluğun vaxtından əvvəl götürülməsini aşağıdakı məhkəmələr həyata keçirir:
517.1.1. şərti məhkum edilmiş, ittiham hökmünün icrası müddətinin başa çatmasına görə cəzadan və ya cəzanı çəkməkdən azad edilmiş şəxslər barəsində””hökmü çıxarmış məhkəmə və ya yaşayış yeri üzrə birinci instansiya məhkəməsi;
517.1.2. xəstəliyə görə cəza çəkməkdən azad edilmiş və ya cəzanı çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslər barəsində””cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəməsi;
517.1.3. müxtəlif cəza növlərinə məhkum edilmiş digər şəxslər barəsində cəza çəkənin yaşayış yeri üzrə birinci instansiya məhkəməsi.
517.2. Məhkumluğun vaxtından əvvəl götürülməsi məhkəmə tərəfindən məhkumun ərizəsi, habelə yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın vəsatəti əsasında cinayət qanununun müddəalarına müvafiq olaraq həyata keçirilir.
517.3. Məhkumluğun vaxtından əvvəl götürülməsi barədə məhkumun ərizəsinə, habelə yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın vəsatətinə məhkəmə tərəfindən cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınmaqla baxılır.
Təbii ki, bu normalara uyğun olaraq keçmiş deputat Gülər Əhmədovanın da məhkumluğu vaxtından əvvəl götürülə bilər. Gülər Əhmədova ilə bağlı aparılan məhkəmə prosesi, əslində, klassik mənada məhkəmə olmadı. O mənada ki, əgər onun təqsiri sübut edilmişdisə, 3 il azadlıqdan məhrumetmə cəzası verilməsi mümkün deyildi. 3 il verməyə məcbur oldularsa, deməli cinayəti tam sübut edilmədi, sadəcə, ictimai rəyi təmin etmək məqsədilə simvolik cəza verildi. Ortada olduqca ciddi ittihamlar var idi. G.Əhmədovanın cinayəti sübut edilmişdisə, gərək başqa yüksək vəzifəli şəxslər də bu prosesə cəlb ediləydilər. Bu isə baş vermədi. Ya kifayət qədər sübutlar yox idi, ya da məhkəmə sifarişlə qərar qəbul etdi. Bu məmləkətdə 450 manat "dələduzluğa" görə 3 il azadlıqdan məhrumetmə cəzası verilməsi barədə faktlar var. G.Əhmədova isə milyonda ittiham edilirdi. Onun məhkəməsi bütün mənalarda ədliyyə tariximizin qara səhifəsidir”x9d.






























































































