Xəbər verdiyimiz kimi prezident İlham Əliyev keçirdiyi son müşavirədə prokurorluq orqanlarına göstəriş verərək süni qiymət artımına rəvac verən şəxslərə qarşı ciddi ölçü götürülməsini tələb edib.xa0
Ölkə başçısının bu çağrışından xa0sonra bir neçə kəmfürsət sahibkar artıq cinayət məsuliyətinə cəlb olunub. Maraqlıdır, ölkədə hər-hansısa qanun pozuntu faktlarına gərək prezidenttin reaksiyasından sonramı baxılmalıdır?xa0
Hüquqşunas Namizəd Səfərov məsələ ilə bağlı Moderator.az - a açıqlama verib:
"Prokurorluq orqanları qanunvericiliyin pozulduğu istənilən hala qarşı dərhal reaksiya verməyə, kiminsə əməlində cinayət tərkibi əlamətləri varsa, heç kimin göstərişlərini gözləmədən hadisəni araşdırmağa borcludur. Bu onların əsas iş prinsipidir. Prokurorluq orqanları gözləməməlidir ki, kimsə hansısa məsələ ilə bağlı onlara tapşırıq verdikdən sonra hərəkət etsinlər. Digər tərəfdən isə prokurorluq orqanlarına kimlərinsə göstəriş verməsi də qəbul olunan hal deyil. Yəni onlar öz işlərini bilməli və pozuntu halları olan zaman qanunvericiliyin tələblərinə uyğun formada addım atmalıdırlar."





























































































