Xatırladaq ki, Elşən Murtuzov MTN - nin keçmiş rəhbərliyinin sifarişli və qondarma cinayət işlərinin istintaqını aparıb, rəhbərliyin etibarlı adamı hesab olunduğundan təqsirləndirilən şəxslərə uydurma ittihamları quraşdırmaqda pərgar olub. Qısaca onu bildirmək yerinə düşər ki, tanınmış jurnalist Pərviz Həşimlinin istintaqını da Elşən Murtuzov apararaq ona qarşı ağılagəlməz ittihamlar uydurmaqla dilə - dişə düşmüşdü.xa0
Bu günlərdə isə intihar etmiş MTN polkovniki Malik Mustafayevin qardaşı Mətləb Mustafayevin mətbuatda tükürpədici videomüraciəti yayılmışdı və bəlli olmuşdu ki, müəmmalı şəkildə intihar edən mərhum polkovnikin də cinayət işini Elşən Murtuzov aparıbmış. Mərhumun qardaşı da müstəntiq haqqında kəskin ittihamlarla çıxış etmiş, nazirliyin yeni rəhbərliyindən onunla bağlı ciddi ölçü götürülməsi istənilmişdi...xa0
Bu hələ mətbuatda hallandırılan cəmisi iki cinayət işinin məhz Elşən Murtuzov tərəfindən qərəzli və sifarişli aparılması barədə mətbuatda yayılmış dəqiq məlumatlardır. Görünür, onun işdən qovulmasında bundan başqa da qondarma ittihamlar "boğçası"nın olması əsas rol oynayıb və o köhnə komandanın "baş torbatikən"lərindən biri olduğundan onun məsələsinə baxılıb.xa0
Amma ola bilsin ki, bu hələ son deyil və tezliklə E. Murtuzov da Bakı İstintaq Təcridaxanasındakı "komanda yoldaşları"nın sırasına qatılsın...































































































