Rusiya-Ukrayna müharibəsi Azərbaycan banklarına TƏSİRİ – Mərkəzi Bank AÇIQLADI 

Rusiya-Ukrayna müharibəsi Azərbaycan banklarına TƏSİRİ – Mərkəzi Bank AÇIQLADI 

Hazırda oxunan: Rusiya-Ukrayna müharibəsi Azərbaycan banklarına TƏSİRİ – Mərkəzi Bank AÇIQLADI 

99778

Azərbaycan Mərkəzi Bankı (AMB) Rusiya-Ukrayna münaqişəsinin Azərbaycan bank sisteminə təsirini açıqlayıb. 

Bizim.Media xəbər verir ki, bu barədə AMB-nin məlumatında bildirilib. 

Məlumata görə, bu ilin birinci yarısında yerli bankların sanksiyaya məruz qalan Rusiya banklarında vəsaitlərinin az olması sanksiyaların Azərbaycan bank sisteminin maliyyə dayanıqlığına təsirini məhdudlaşdırıb. 
“Rusiya-Ukrayna münaqişəsi nəticəsində banklar müxbir hesablarla əməliyyatların aparılmasında müəyyən maneələrlə üzləşsə də, bu münaqişənin Azərbaycan banklarının müxbir hesablarla əməliyyatlarına təsiri məhdud olub”, - AMB-dən bildirilib. 

Qeyd edilib ki, mövcud geosiyasi gərginlik nəticəsində qlobal enerji daşıyıcıları bazarında qiymətlərin artımı neft-qaz ixracatçısı olaraq ölkənin tədiyə balansına müsbət təsir göstərir.

Enerji qiymətlərindəki artım və Avropaya qaz ixracında potensial artım imkanları ortamüddətli perspektivdə ixracı və fiskal gəlirləri artıra bilər. 

Geosiyasi proseslərin təsiri ilə yüksələn ərzaq qiymətləri və tədarük zəncirində yaranmış çətinliklər qlobal inflyasiyanın səviyyəsini artırmaqda davam edir. Qlobal ərzaq qiymətlərinin artması idxal kanalı ilə yüksək inflyasiyanın daxili qiymətlərə ötürücülüyünü artırır. 
AMB-dən o da vurğulanıb ki, ölkəmizin Rusiya və Ukrayna ilə sıx ticarət əlaqələri mövcud olsa da, hazırda geosiyasi proseslərin bu iki ölkə ilə Azərbaycanın ticarət və iqtisadi əlaqələrə əhəmiyyətli təsiri müşahidə edilmir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO