Azad olunan ərazilərin qazlaşdırılması ilə bağlı layihələndirmə işlərinin aparılması başa çatıb.
Bizim.Media xəbər verir ki, bunu "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bu gün "Yaşıl iqtisadiyyat" kitabının təqdimat mərasimindən sonra Trend.az açıqlamasında deyib.
O bildirib ki, hələlik həmin ərazilərdə bununla bağlı əlavə işlər başlanmayıb.
"Biz bununla bağlı Energetika Nazirliyinin tərkibindəki komissiyada iştirak edirik. Plan olaraq ancaq layihələndirmə işləri aparılıb. Hələlik qaz xətlərinin çəkilməsi ilə bağlı işlərin başlanılacağı vaxt məlum deyil. Bununla bağlı lazımı göstəriş veriləndən sonra işlərə başlanacaq", - deyə o, əlavə edib.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
15:25 / 14.10.2022
Qarabağın qazlaşdırılması ilə bağlı layihələndirmə başa çatıb - RƏSMİ
Hazırda oxunan: Qarabağın qazlaşdırılması ilə bağlı layihələndirmə başa çatıb - RƏSMİ
Hazırda oxunan: Qarabağın qazlaşdırılması ilə bağlı layihələndirmə başa çatıb - RƏSMİ
99276
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.