Avropa İttifaqı ölkələri ilə (Aİ) Azərbaycan arasında ticarət dövriyyəsi 180 milyon avroya kimi artacaq.
Bizim.Media xəbər verir ki, bunu "APA-Economics" açıqlamasında Beynəlxalq Ticarət Mərkəzinin Ticarət Məlumatı üzrə baş mütəxəssisi Paul Kelli deyib.
O bildirib ki, ticarət dövriyyəsinin artımı həm də şirkətlərin Şərq Tərəfdaşlığı (ŞT) Ticarət Yardım Masası platformasından necə istifadə edəcəyindən və onlara dəstəkdən aslı olacaq. Bu platforma həmçinin Avropa şirkətləri üçün də Azərbaycanlı tərəfdaşları ilə münasibətlərin qurulması baxımından faydalıdır.
İxrac məhsullarına gəldikdə P.Kelly deyib ki, qeyri-ənənəvi sahələrdə daha məhsulların təşəkkül tapması daha çox arzuolunandır:
"Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalı geniş yer verildiyini nəzərə alaraq bu məhsulların Avropa ölkələrinə geniş ixrac potensialı var".
Bizim.Media
![Aİ ilə Azərbaycanın ticarət dövriyyəsi 180 milyon avroya kimi artacaq Aİ ilə Azərbaycanın ticarət dövriyyəsi 180 milyon avroya kimi artacaq](https://bizim.media/file/articles/2022/10/10/1665392310_1665048259_sanksiya.jpeg)
- A-
- A
- A+
İqtisadiyyat
12:57 / 10.10.2022
Aİ ilə Azərbaycanın ticarət dövriyyəsi 180 milyon avroya kimi artacaq
Hazırda oxunan: Aİ ilə Azərbaycanın ticarət dövriyyəsi 180 milyon avroya kimi artacaq
Hazırda oxunan: Aİ ilə Azərbaycanın ticarət dövriyyəsi 180 milyon avroya kimi artacaq
98408
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.