Kiçik fermerlər təsərrüfatlarını sığortalamaqdan niyə qaçırlar? – Ekspertin ŞƏRHİ

Kiçik fermerlər təsərrüfatlarını sığortalamaqdan niyə qaçırlar? – Ekspertin ŞƏRHİ

Hazırda oxunan: Kiçik fermerlər təsərrüfatlarını sığortalamaqdan niyə qaçırlar? – Ekspertin ŞƏRHİ

97779

Azərbaycanda sığorta sistemi uzun illərdir fəaliyyət göstərsə də, aqrar sahənin sığortalanması məsələsi hələ də axsayır. Fermerlərin mütləq əksəriyyəti təsərrüfat və məhsullarını sığortalamaqdan ümumən yayınırlar.

Son illər ərzində fermerləri aqrar sığortaya cəlb etmək üçün müxtəlif addımlar atılıb. Bu istiqamətdə müəyyən təbliğat işləri də həyata keçirilib. Lakin bütün bunlara baxmayaraq, ölkəmizdə aqrar sığortaya maraq hələ də zəifdir.

Bizim.Media-ya açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli bildirir ki, kiçik pay torpaqlarına malik fermerlərin aqrar sığortaya cəlb edilməsi mümkünsüzdür:
 

MÖVZU İLƏ BAĞLI:

Kənd təsərrüfatını stimullaşdıran YENİ PLAN – “Ən xırda təsərrüfatlar da incələnməlidir” - EKSPERT


“Fermerlər arasında aqrar sığortaya maraq yaratmaq üçün bu sahədə əsaslı inkişafa nail olmaq lazımdır. Fermerlərin rentabelli çalışması üçün hökumət gərəkən addımlar atmalıdır. 

İnkişaf etməmiş, kustar formada məhsul istehsal edən fermerin istehsal etdiyi məhsulu sığorta etməyə marağı da olmayacaq.  Buna nail olmaq üçün fermerlərə dövlət tərəfindən ciddi dəstək verilməlidir ki, onlar həm inkişaf etsin, təmərgüzləşsin, həm də torpaqları birləşdirərək, böyük təsərrüfatlar yaratmaqda maraqlı olsunlar. İndiki halda isə kiçik pay torpağına malik olan fermer məhsulu yalnız ailəsini dolandırmaq üçün istehsal edir. Onlar özlərini bazara çıxaracaq məhsul istehsal etməkdə iştirakçı kimi görmürlər. Belə bir fermeri aqrar sığortaya cəlb etmək qeyri-mümkündür. Həmin fermerlər sığortaya verdiyi vəsaiti özü üçün yük hesab edir”.

Ekspert bu fonda qeyd edir ki, yalnız böyük təsərrüfatlarda birləşdikləri halda, fermerlərin aqrar sığortaya marağı da yüksələcək:

“Dövlətin dəstəyilə inkişafa nail olan fermerlər özəl böyük fermer təsərrüfatları yaratmaqla yüksək rentabelliyə nail ola bilərlər.

O, zaman həmin fermer də məhsulunun sığortalanmasına ehtiyac duyacaq. Bu il büdcədən kənd təsərrüfatına 997 milyon manat vəsait ayrılıb. Bu isə dövlət büdcə xərclərinin 2-3 faizidir. Bu yolla ölkəni aqrar sahə məhsulları ilə bol şəkildə təmin etmək mümkünsüzdür”.
Həmsöhbətimizin fikrincə, kənd təsərrüfatına ayrılan illik vəsaitin həcmi indikindən 5 dəfə artıq olmalıdır.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO