Dünya Bankı (DB) 2025-ci ilə kimi Azərbaycanda əsas kapitala qoyuluşun artacağını proqnozlaşdırıb.
Bizim.Media xəbər verir ki, bu barədə Bankın “Avropa və Mərkəzi Asiya İqtisadi Yeniləmə” hesabatında bildirilir.
Sənəddə bildirilir ki, 2022-ci ildə əsas kapitala investisiyaların 3% artacağı müəyyən edilib.
Dünya Bankı 2023 və 2024-cü illər üzrə isə əsas kapital qoyuluşunun müvafiq olaraq 3,2% və 3,3% artacağını proqnozlaşdırıb.
Bank 2025-ci ilə kimi özəl və dövlət sektoru üzrə xərcləmələr üzrə dinamikanın azalacağını proqnozlaşdırıb. Özəl sektor üzrə xərcləmələr 2022, 2023 və 2024-cü illərdə müvafiq olaraq 4,5%, 4% və 3,6% artacaq.
Dövlət xərcləmələrinin isə 2022-ci ildə 7.4%, 2023-cü ildə 4,2% və 2024-cü ildə 3,1% artacağı proqnozlaşdırılıb.
Bizim.Media
![Dünya Bankından Azərbaycanda əsas kapitala qoyuluşun artacağı ilə bağlı PROQNOZ Dünya Bankından Azərbaycanda əsas kapitala qoyuluşun artacağı ilə bağlı PROQNOZ](https://bizim.media/file/articles/2022/10/05/1664959311_1-2.jpg)
- A-
- A
- A+
İqtisadiyyat
12:43 / 05.10.2022
Dünya Bankından Azərbaycanda əsas kapitala qoyuluşun artacağı ilə bağlı PROQNOZ
Hazırda oxunan: Dünya Bankından Azərbaycanda əsas kapitala qoyuluşun artacağı ilə bağlı PROQNOZ
Hazırda oxunan: Dünya Bankından Azərbaycanda əsas kapitala qoyuluşun artacağı ilə bağlı PROQNOZ
97513
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.