Azərbaycana gətirilən ərzaqlıq kartof məhsulunda karantin tətbiq edilən orqanizm aşkarlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) məlumatında bildirilib.
Bildirilib ki, "Əkinçi -10 2021" MMC tərəfindən Gürcüstan Respublikasında fəaliyyət göstərən "LIMA" şirkətindən və Rusiya Federasiyasında fəaliyyət göstərən S.N.Sovzıxonoviçə məxsus müəssisədən ölkəmizə idxal olunan 45 ton ərzaqlıq kartof məhsulundan Agentliyin müfəttişləri tərəfindən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.
Müayinələr nəticəsində məhsul partiyasında karantin tətbiq edilən orqanizm – kartof yumrularında halqavari bakterial çürümə (fitopatogen bakteriyalar: Clavibacter michiganensis subsp. Sepedonicus) aşkar olunub.
Aşkar edilmiş faktla bağlı məhsulun məhv edilməsi, zərərsizləşdirilməsi və ya geri qaytarılmasına dair qanunvericiliyə uyğun müvafiq tədbirlər görülür.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
18:40 / 28.09.2022
Xaricdən gətirilən kartofda təhlükəli BAKTERİYALAR aşkarlandı
Hazırda oxunan: Xaricdən gətirilən kartofda təhlükəli BAKTERİYALAR aşkarlandı
Hazırda oxunan: Xaricdən gətirilən kartofda təhlükəli BAKTERİYALAR aşkarlandı
96333
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.