Bitkoin dolları əvəz edə biləcəkmi? – Ekspert açıqlayır

Bitkoin dolları əvəz edə biləcəkmi? – Ekspert açıqlayır

Hazırda oxunan: Bitkoin dolları əvəz edə biləcəkmi? – Ekspert açıqlayır

9568

Planetin əsas kriptovalyutası bütün rekordları qırır. Bitkoin nə vaxta qədər bahalaşacaq?
Dünyanın ilk kriptovalyutası bütün rekordları qıraraq yenidən diqqət mərkəzindədir.

Bitkoinin inanılmaz sürətli artımı iki il əvvəl üzləşdiyi iflasınından sonra onu dünya bazarında liderə çevirdi.  

İlin əvvəlindən bəri rəqəmsal valyuta məzənnəsi ilk dəfə 34 min dolları keçib. Belə sürətli artımdan sonra dünya yenidən kriptovalyuta bazarını yaxından izləməyə başlayıb. Artıq bitkoinin bu ilin sonu 100 min dollar olacağı proqnozlaşdırılıb. 

Bitkoinin kəskin artması dünya mərkəzi bankları tərəfindən misli görünməmiş emissiya həcmi, həmçinin böyük oyunçuların kriptovalyutaya olan real marağı ilə əlaqələndirilir. Kripto valyuta bazarında bu cür çılğın dəyişkənlik normaldır. 

Bu yaxınlarda İspaniyalı futbolçu David Barel kriptovalyuta ilə transferi gərçəkləşən ilk futbolçu olub.

Bununla da həm futbolçu bitkoinlə transfer olunan bir idmançı kimi tarixə düşdü, həm də iqtisadiyyatda yeni bir eranın başlandığının xəbərçisi oldu.

İqtisadçı ekspert Əkrəm Həsənov Bizim.Media-ya açıqlamasında bu fikri təsdiqləyərək, kriptovalyutanın dünya iqtisadiyyatında yeni dövr yaradacağını bildirib:  
 

MÖVZU İLƏ BAĞLI:

“Bitcoin”in dəyəri 500 min dollar olacaq – PROQNOZ


“Sahibkarlar hər zaman sabit qalan valyutaya önəm verirlər. Mən düşünürəm ki, bu səbəbdən də onlar kriptovalyutaya daha da üstünlük verəcəklər. Lakin bu proses yaxın 5 ildə gözlənilmir. Bu ənənə tədricən formalaşacaq. Proseslərdən görünür ki, getdikcə kriptovalyuta pulu əvəz edəcək”. 

Kriptovalyuta insanlar üçün yenilik olduğu üçün, onlar bunun istifadəsində çətinlik çəkirlər. Hətta bir çox insan bitkoinin onlayn valyuta olduğunu belə bilmir.

Pandemiya ilə əlaqədar adi həyatın rəqəmsal bir dünyaya çevrilməsində bitcoin ən əlverişli ticarət vasitəsinə çevrilib. İqtisadçı bitkoinin istifadə qaydasından da danışıb.

Ə.Həsənovun fikrincə, 10 ildən sonra hər kəs kriptovalyuta istifadəçisinə çevriləcək.

“Bitkoin ilə alış-veriş etmək üçün hər iki tərəfin onlayn şəkildə kriptovalyuta kisələri olmalıdır. Hər hansı bir əmlakın və ya əşyanı almaq istədikdə satış edən tərəfin bitkoin pul kisəsinə ödəniş etməklə alış – veriş etmək mümkündür. Hazırda kriptovalyuta istifadəçiləri az olduğu üçün bu valyuta ilə böyük həcmli ticarət olunmur. Lakin çox güman ki, 10 ildən sonra hər kəs kriptovalyuta istifadəçisi olacaq”. 

Sonda ekspert bitkoinin on ildə pulu əvəz edəcəyini nəzərə alaraq, insanıara bu onlayn pul kisələrinə sahib olmağı tövsiyyə edib. 

Bizim.Media, Aliyə İlyasova

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO