Azərbaycanda “Təqib və İzləmə” sistemi yaradılacaq

Azərbaycanda “Təqib və İzləmə” sistemi yaradılacaq

Hazırda oxunan: Azərbaycanda “Təqib və İzləmə” sistemi yaradılacaq

95401

Azərbaycanda Vahid Dövlət Avtomatlaşdırılmış Məlumat “Track and Trace” (“Təqib və İzləmə”) Sistemi yaradılacaq.

Bizim.Media xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan və parlamentin plenar iclasına tövsiyə edilən Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

“Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsinin aksizli və məcburi nişanlama ilə nişanlanmalı malların dövriyyəsinin tənzimlənməsi, bu malların idxalı, istehsalı, satışı və dövriyyəsinə vergi nəzarətinin təmin edilməsi məqsədilə hazırlandığı qeyd olunub.
Belə ki, qanun layihəsinin qəbul olunması ilə istehsaldan və idxaldan son istehlakçıyadək olan bütün dəyər zənciri üzrə aksizli və məcburi nişanlama ilə nişanlanmalı malların dövriyyəsinə nəzarətin həyata keçirilməsinə imkan verən Vahid Dövlət Avtomatlaşdırılmış Məlumat “Track and Trace” (“Təqib və İzləmə”) Sisteminin yaradılmasının nəzərdə tutulduğu bildirilib.

Bunun da öz növbəsində kölgə iqtisadiyyatının aradan qaldırılmasında, aksizli malların və aksiz markalarının saxtalaşdırılmasının qarşısının alınmasında və son nəticədə istehlakçıların hüquqlarının qorunmasında mühüm rola malik olacağı müzakirə edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO