AÇG-də yeni platformanın tikintisi başa çatır - BP

AÇG-də yeni platformanın tikintisi başa çatır - BP

Hazırda oxunan: AÇG-də yeni platformanın tikintisi başa çatır - BP

94964

Bu il Mərkəzi Şərqi Azəri (ACE) platformasının tikintisinin başa çatdırılması planlaşdırılır.

Bizim.Media Trend.az-a istinadən xəbər verir ki, bunu bp-nin vitse-prezidenti Bəxtiyar Aslanbəyli "Kibertəhlükəsiz iqtisadiyyat: islahatlar, innovativ yanaşmalar və həllər" mövzusunda keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, bu platforma ən müasir texnologiyalarla təchiz olunacaq və istənilən hava şəraitində rahat işləyə biləcək müasir platformalardan biri olacaq.

"Həmçinin bütün boru kəmərlərimiz avtomatlaşdırılmış müasir texnologiyalarla təmin olunub. Rəqəmsal həllər istehsal proseslərində, o cümlədən şirkətimizin fiziki təhlükəsizliyinin təmin edilməsində istifadə olunur", - B.Aslanbəyli bildirib.
O vurğulayıb ki, bp öz əməkdaşlarının kibertəhlükəsizliklə bağlı məlumatlılığını artırmaq öhdəliyinə sadiqdir.

“Böyük şirkətlərin hər bir əməkdaşından müvafiq təlimdən keçməsi tələb olunmalıdır”, - B.Aslanbəyli əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO