Azərbaycan və Belçika arasında enerji əməkdaşlığına dair müzakirələr aparılıb.
Energetika Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, Azərbaycanın energetika naziri Pərviz Şahbazov Belçikanın energetika naziri Tinne Van der Straetenlə onlayn formatda görüşüb.
Görüşdə qlobal enerji gündəliyində olan məsələlər və Azərbaycanın enerji istehsalı və ixracı istiqamətində həyata keçirdiyi tədbirlər nəzərdən keçirilib.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanın Avropaya təbii qaz tədarükünün artırılması müzakirə olundu - FOTO
İki ildən az bir vaxtda Cənub Qaz Dəhlizi ilə Avropa ölkələrinə artan dinamika üzrə təbii qaz tədarük edildiyi, enerji sahəsində Avropa İttifaqı ilə yenilənmiş Strateji Tərərəfdaşlıq Sənədinə uyğun olaraq hazırda layihənin ötürücülük gücünün artırılmasının prioritet olduğu qeyd edilib.
Eyni zamanda Azərbaycanın enerji təhlükəsizliyinin təminatına növbəti perspektiv töhfəsi kimi Xəzər dənizinin külək enerjisi potensialının Şərqi Avropaya ixracı ilə bağlı planları diqqətə çatdırılıb.
Həm təbii qaz tədarükünün artırılması, həm də külək enerjisinin ixracı üçün infrastruktura investisiyaların yatırılmasının və əməkdaşlığın vacibliyi vurğulanıb.
Bu istiqamətdə Avropa İttifaqı ilə Azərbaycan arasında enerji dialoqunun əhəmiyyətindən bəhs edilib.
Görüşdə həmçinin Belçika ilə ikitərəfli enerji əməkdaşlığının imkanlarına dair fikir mübadiləsi aparılıb.
Bizim.Media