Bakıda ucuz qiymətə avtomobillər satılacaq - HƏRRAC

Bakıda ucuz qiymətə avtomobillər satılacaq - HƏRRAC

Hazırda oxunan: Bakıda ucuz qiymətə avtomobillər satılacaq - HƏRRAC

93170

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 4 və 11 oktyabr tarixlərində özəlləşdirmə hərracları keçiriləcək.

Dövlət Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, oktyabrın 4-də keçiriləcək hərraca 16 kiçik dövlət müəssisəsi və obyekti, 41 nəqliyyat vasitəsi, 11 oktyabrda təşkil olunacaq hərraca isə 6 səhmdar cəmiyyətini səhm paketi, 10 kiçik dövlət müəssisəsi və 15 nəqliyyat vasitəsi çıxarılacaq.

Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri iqtisadiyyatın müxtəlif sahələrinə aiddir. Digər üstün cəhət isə əksəriyyətinin torpaq sahələri ilə birgə özəlləşdirilməyə çıxarılmasıdır.

Özəlləşdirilməyə çıxarılan səhmdar cəmiyyətləri sənaye, kənd təsərrüfatı sahələrinə aiddir.

Səhmdar cəmiyyətlərin səhm paketləri nizamnamə kapitalının 30-45%-ni təşkil edir. Hərraca çıxarılan nəqliyyat vasitələrinin əksəriyyəti Rusiya və Amerika istehsalıdır. Avtomobillərin buraxılış tarixləri isə 1974-2013-cü illəri əhatə edir.

Hərraca çıxarılan dövlət əmlakının tam siyahısı: (//bit.ly/3mmNVpB)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO