Brüsseldə enerji böhranı ilə bağlı Avropa İttifaqının (Aİ) növbədənkənar iclası keçirilib.
Bizim.Media-nın Polşa radiosuna istinadən məlumatına görə, iclas enerji böhranı ilə mübarizə və yüksək enerji qiymətlərinin aşağı düşməsinə səbəb olacaq tədbirlərə həsr olunub.
İclasda çıxış edən Polşanın İqlim və Ətraf Mühit naziri Anna Moskva bildirib ki, Aİ təkcə Rusiyadan deyil, Aİ-yə idxal olunan bütün qazın qiymətini məhdudlaşdırmaq istəyir.
Nazir boru kəmərlərinin və maye qazın delimitasiyası məsələləri ilə bağlı müzakirələrdən və müəyyən ziddiyyətlərdən danışıb:
"Ümumi nəticə ondan ibarətdir ki, bütün idxal olunan qaz üçün bu, son paketdə görmək istədiyimiz həll yoludur".
Nazir bildirib ki, Avropa İttifaqında elektrik enerjisi istehlakının məcburi şəkildə azaldılması məsələsində birlik yoxdur:
Şimali Avropa ölkələri belə bir azalmanın tərəfdarıdır, qalan ölkələr bunu dəstəkləmir.
O Polşanın da belə qərarlara qarşı olduğunu bildirib:
"Hər bir ölkənin öz milli alətləri var. Biz enerji sektorumuzun bu qədər şaxələndirilmiş fəaliyyəti ilə universal mexanizmin inkişafını təsəvvür edə bilmərik".
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
12:02 / 10.09.2022
Aİ bütün idxal olunan qazın qiymətini məhdudlaşdırmağa razılaşdı - KİV
Hazırda oxunan: Aİ bütün idxal olunan qazın qiymətini məhdudlaşdırmağa razılaşdı - KİV
Hazırda oxunan: Aİ bütün idxal olunan qazın qiymətini məhdudlaşdırmağa razılaşdı - KİV
93082
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.