Tələbələr kirayə mənzil TAPA BİLMİR – “Bahalaşan evlər ilin sonunda ucuzlaşacaq”

Tələbələr kirayə mənzil TAPA BİLMİR – “Bahalaşan evlər ilin sonunda ucuzlaşacaq”

Hazırda oxunan: Tələbələr kirayə mənzil TAPA BİLMİR – “Bahalaşan evlər ilin sonunda ucuzlaşacaq”

92519

Bakının kirayə mənzil bazarında canlanma başlayıb. Yeni tədris ilinə sayılı günlər qaldığından artq ali təhsil ocaqlarına qəbul olunan rayon qeydiyyatlı abituriyentlərin kirayə mənzil axtarışı üçün Bakıya axını başlayıb. Kirayə evlərin qiymətinin bahalığından şikayətlənən valideynlər sosial şəbəkələrdəki paylaşımlarında mənzil tapmaqda çəkinlik çəkdiklərini dilə gətiriblər. Qiymətlərin isə ötən illərlə müqayisədə həddindən artıq bahalşması anlaşılan deyil. 

Məsələ ilə bağlı Bizim.Media-ya danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, Vecon Consulting şirkətinin direktoru, iqtisadçı ekspert Vüqar Oruc sonra kirayə mənzil bazarındakı qiymət dəyişiminin səbəbini xarakterik xüsusiyyətlə əlaqələndirib.

O, deyib ki, analoji durum hər il baş verir:

“Adətən tədris ilinin başlanması ilə start götürülən dəyişikliklərdən biridir. Bilirsiz ki, bütün bazarlarda əsas artım və ya azalma tələb-təklif üzərində qurulur. Tələb artırsa, təklif qiymətlərin yüksəlməsini gözləmək lazımdır. Bu dövrdə, yəni tədris ilinin başlanması ilə əlaqədar tələb artıb. Ali təhsil müəssisələrinə daxil olanlar artıq kirayə mənzil axtarışına başlayıblar. Təbii ki, bu axtarışların sayı artdıqca, mənzilin kirayə qiymətləri də artmağa başlayır.

Bu tendensiyanın səbəbi bundan ibarətdir. Hər il baş verir. Sadəcə son bir neçə ildə pandemiya səbəbindən tədrisin onlayn aparılması ilə əlaqədar kirayə mənzillərin qiymətləri aşağı düşmüşdü. Sonrakı ildə də qiymətlər o qədər yüksək olmadı. Çünki tədrisin onlayn keçəcəyi ilə bağlı tərəddüd var idi. Ona görə 2020 və 2021-ci illərdə bu artımı ciddi müşahidə etmədik. Sözügedən artım ilk bir ay yarım müddətində davam edəcək. Bütün tələbat ödənildikdən sonra artımın dinamizmi aşağı düşəcək”.

Ekspert əlavə edib ki, 2021-ci illə müqayisədə 2022-ci ilin əvvəllərində ortalama daşınmaz əmlakın təklif qiymətləri təxminən 15 faiz, bəzi yerlərdə isə 20 faiz civarında artıma uğrayıb:

“Birdən-birə qiymət sıçrayışı baş verdi. Bu da ölkınin dünya sistemində statusunun dəyişməsi, artıq qalib ölkə statusunun əldə etməsi və eyni zamanda turistlərin, investorların Azərbaycana diqqətinin artması nəticəsində yaranan bir dəyişiklik idi. Hazırda qiymət dəyişimi 10-15 faiz civarındadır”. 

Alçina Amilqızı, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO