Son vaxtlar süd və süd məhsullarının qiymətində bahalaşma müşahidə edilir.
Bizim.Media xəbər verir ki, söhbət sənaye üsulu ilə hazırlanan ağartı məhsullarının qiymətlərindən gedir.
Alıcılar bildirirlər ki, sözügedən məhsulların qiyməti xeyli dəyişib.
Qiymətlərdə artım olduğunu satıcılar da təsdiqləyir. Lakin onların sözlərinə görə, qiymət artımı firmalarla əlaqəlidir.
Məsələ ilə əlaqədar bir neçə istehsalçı şirkət ilə əlaqə saxladıq. Bildirildi ki, qiymət artımının bir neçə səbəbi var. Pandemiyadan sonra xammalın qiyməti artıb. Həmçinin, ölkə daxilində istehsal olunan xammalın qablaşdırılması üçün lazım olan əlavələr xaricdən baha alınır ki, bu da qiymət artımına təsir edən amillərdəndir.
Daha ətraflı "Xəzər Xəbər"in mövzu ilə bağlı hazırladığı sujetdən izləyin:
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
22:09 / 06.09.2022
Azərbaycanda bu məhsullar BAHALAŞDI - VİDEO
Hazırda oxunan: Azərbaycanda bu məhsullar BAHALAŞDI - VİDEO
Hazırda oxunan: Azərbaycanda bu məhsullar BAHALAŞDI - VİDEO
92427
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.