10 min manatadək güzəştli kreditlərin verilməsi asanlaşdırıldı

10 min manatadək güzəştli kreditlərin verilməsi asanlaşdırıldı

Hazırda oxunan: 10 min manatadək güzəştli kreditlərin verilməsi asanlaşdırıldı

92150

İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu biznes subyektlərinin güzəştli kreditlərə çıxış imkanlarının genişləndirilməsi üçün 10 min manatadək kredit ehtiyacı olan sahibkarlara münasibətdə yeniliyin tətbiqinə başlayıb.

Bizim.Media bu barədə Fonda istinadən xəbər verir.

Məlumata görə, bu barədə Fond və "Azərbaycan Banklar Assosiasiyası" İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən görüşdə məlumat verilib.

Qeyd edilib ki, 10 min manatadək olan güzəştli kreditlərin əldə olunmasında əsas çətinlik sahibkarların investisiya layihələri üzrə fəaliyyət göstərəcəyi yerə və yaxud əmlaka dair sənəd təqdim edə bilməməsidir.

Bu çətinliyin aradan qaldırılması məqsədilə kredit tələbatı 10 min manatadək olan, fəaliyyət göstərəcəyi yerə dair sənəd təqdim edə bilməyən sahibkarlar üçün həmin sənədi əvəz edəcək “Bildiriş forması” hazırlanıb.

Bu formanı sahibkarların müraciəti əsasında İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin yerlərdə fəaliyyət göstərən əməkdaşları (KOB Dostu) dolduracaq və sahibkar müvəkkil kredit təşkilatına təqdim edəcək.
KOB Dostu sahibkarın fəaliyyət göstərdiyi yerə baxış keçirərək qeyd edilən yer və ya əmlakın maddi-texniki təchizatına dair məlumatları “Bildiriş forması”na əlavə edəcək və bu forma sahibkarın fəaliyyət göstərəcəyi yerə dair sənəd kimi qəbul olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO