Bu il Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) qaz kəmərləri ilə Türkiyə və Avropaya ümumilikdə 11 mlrd. kubmetr qaz nəql edilib.
Bizim.Media xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov öz "Twitter" hesabında paylaşım edib.
“Türkiyə TANAP ilə 3,7 mlrd. kubmetr, cəmi 5,4 mlrd. kubmetr, Avropa isə 7,3 mlrd. kubmetr Azərbaycan qazı ilə təchiz olunub”, - paylaşımda bildirilir.
Xatırladaq ki, Azərbaycan qazı Avropaya TAP vasitəsi ilə nəql edilir. Cənub Qaz Dəhlizinin 878 kilometrlik hissəsində qaz xətti ilə "mavi yanacağ"ın kommersiya məqsədli nəqlinə ötən il dekabrın 31-də başlanılıb.
Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur.
Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanır. Kəmərin potensialı onun ötürücülük gücünü iki dəfə artıraraq, ildə 20 mlrd. kubmetrə çatdırmağa imkan verir.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
11:54 / 05.09.2022
Azərbaycan bu il Türkiyə və Avropaya hansı həcmdə qaz nəql edib? - RƏSMİ
Hazırda oxunan: Azərbaycan bu il Türkiyə və Avropaya hansı həcmdə qaz nəql edib? - RƏSMİ
Hazırda oxunan: Azərbaycan bu il Türkiyə və Avropaya hansı həcmdə qaz nəql edib? - RƏSMİ
92092
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.