Qazaxıstan neftinin Azərbaycandan nəqli ilə bağlı AÇIQLAMA 

Qazaxıstan neftinin Azərbaycandan nəqli ilə bağlı AÇIQLAMA 

Hazırda oxunan: Qazaxıstan neftinin Azərbaycandan nəqli ilə bağlı AÇIQLAMA 

90341

Qazaxıstan və Azərbaycan Qazaxıstan neftinin Azərbaycan ərazisindən mümkün nəqli ilə bağlı danışıqlar aparır.

Bizim.Media xəbər verir ki, bunu "KazMunayQaz" şirkətinin İdarə heyətinin sədr müavini Dauren Karabayev deyib.

Onun sözlərinə görə, Qazaxıstan neftinin nəqli barədə Azərbaycan tərəfi ilə danışıqlar müxtəlif səviyyələrdə, o cümlədən dövlət səviyyəsində, milli şirkətlər səviyyəsində davam etdirilir.

"Hələlik detallar razılaşdırılmalıdır, Azərbaycan tərəfi ilə razılıq əldə olunduqdan sonra ətraflı məlumat veriləcək. Məlum olduğu kimi Azərbaycanın iki neft kəməri var, Bakı-Tbilisi-Ceyhan və Bakı-Supsa. Bu xətlər potensial olaraq Qazaxıstan neftinin nəqli üçün istifadə oluna bilər", - deyə o bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO