Budapeşt Bakının təklif etdiyi yaşıl elektrik enerjisinin Yunanıstandan keçməklə Rumıniya, Macarıstan və digər Avropa ölkələrinə sualtı boru kəməri ilə tədarükü layihəsini dəstəkləyəcək.
Bizim.Media “1prime.ru” saytına istinadən xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyyarto Azərbaycanın energetika naziri Pərviz Şahbazov ilə telefon danışığından sonra bildirib.
"Azərbaycanlı nazir məni böyük bir təşəbbüslə tanış etdi və biz tez bir zamanda razılığa gəldik. Azərbaycan böyük həcmdə yaşıl elektrik enerjisi istehsal edəcək, bu enerji Gürcüstana, oradan isə sualtı boru kəməri ilə Rumıniyaya çatdırılacaq. Və biz razılaşdıq ki, Macarıstan bu genişmiqyaslı plana qoşulsun, çünki layihənin Aİ-dən dəstək alması üçün ən azı iki üzv ölkənin iştirakı lazımdır. Bu yolla Macarıstanı yaşıl elektrik enerjisi ilə təmin etmək mümkün olacaq. Biz enerjidən qismən istifadə edəcəyik, həm də tranzit marşrut olacağıq”, - deyə Siyyarto sosial şəbəkələrdə yazıb.
Onun sözlərinə görə, investisiya üç-dörd il ərzində həyata keçirilə bilər və belə bir sxemin həyata keçirilməsi Macarıstanı karbonla bağlı məqsədlərinə çatmağa daha da yaxınlaşdıracaq.
Nazir qeyd edib ki, yaxın vaxtlarda tərəflər saziş layihəsini hazırlayacaqlar və maraqlar üst-üstə düşərsə, detalları razılaşdıracaqlar.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
10:16 / 25.08.2022
Azərbaycan Avropaya yaşıl enerji satacaq
Hazırda oxunan: Azərbaycan Avropaya yaşıl enerji satacaq
Hazırda oxunan: Azərbaycan Avropaya yaşıl enerji satacaq
90326
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.