SOCAR Rumıniyada 68-ci YDM-ni açdı - FOTO

SOCAR Rumıniyada 68-ci YDM-ni açdı - FOTO

Hazırda oxunan: SOCAR Rumıniyada 68-ci YDM-ni açdı - FOTO

87171

Rumıniyanın Sibiu şəhərində George Dima 44 küçəsində yeni SOCAR yanacaqdoldurma məntəqəsi (YDM) açılıb.

Bizim.Media “SOCAR Petroleum SA Rumıniya” şirkətinə istinadən xəbər verir ki, bununla da Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Rumıniyada yanacaqdoldurma məntəqələrinin sayı 68-ə çatıb.

Bu, SOCAR-ın Sibiu rayonunda 5-ci yanacaqdoldurma məntəqəsidir. Şərq üslubu ilə müasir interyer dizaynı brendin özünəməxsusluğunu əks etdirir. Yeni stansiyada 2 nasosla təchiz olunmuş “Nano” brendi ilə 4 növ – “Nano 95”, “Nano Diesel”, “Nano 98”, “Nano Super Diesel” yanacaq satışı həyata keçirilir. SOCAR müştərilərinə Avropa standartlarına uyğun keyfiyyətli yanacaq təklif edir.
 

MÖVZU İLƏ BAĞLI:

SOCAR-ın neft və qaz satışından GƏLİRLƏRİ


YDM-nin daxilində fəaliyyət göstərən “Cafe Nar”da müştərilərə qida, qeyri-ərzaq məhsulları və ya avtomobil aksesuarları təklif olunur.

Hazırda SOCAR Rumıniyanın 26 regionunda 68 “SOCAR” brendli yanacaqdoldurma məntəqəsinə malikdir.

Xatırladaq ki, SOCAR Rumıniyadakı fəaliyyətini 2011-ci ildə yaradılmış “SOCAR Petroleum SA” şirkəti vasitəsilə həyata keçirir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO